PDF Oxu

Siyasət

  • 2 978

Rusiya-NATO qarşıdurması reallığa çevrilir? SİYASİ RAKURS

Rusiya-NATO qarşıdurması reallığa çevrilir? SİYASİ RAKURS

Rusiya prezidentinin nüvə arsenalını xüsusi rejimə keçirilməsi ilə bağlı verdiyi əmrindən sonra məlum oldu ki, Avropa İttifaqının Xarici işlər, Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Barrel Ukraynaya qırıcı təyyarələrin verilməsi məqsədi ilə bağlı bəyanat səsləndirdi. Yəni bu, müharibədən əvvəl Ukraynaya göndərilən dəbilqələr və ya zirehli jiletlər, Javelin tankvuranları, yaxud Stingerlər deyil. Bu, irimiqyaslı hərbi əməliyyatlarda istifadə olunmaq üçün yüksək döyüş qabiliyyəti olan döyüş təyyarələridir.

Ukraynaya verilmiş döyüş təyyarələri NATO bazalarından havaya qalxarsa…
Digər tərəfdən, Aİ-nin ali nümayəndəsinin bəyanatından sonra belə sual yaranır ki, bəs həmin təyyarələr qarşıya qoyulmuş hərbi planları icra etməkdən ötrü haradan havaya qalxacaqlar? Yəni Ukraynanın hansı hərbi aerodromundan havalanacaqlar?Artıq belə proqnozlar da var ki, cəbhədəki vəziyyəti sürətlə dəyişmədkən ötrü Ukraynaya veriləcək döyüş təyyarələri NATO bazalarında rənglənəcək və onlara Ukraynaya məxsusluğu ilə seçilən işarələr vurulacaq. Hətta həmin qırıcılar əlavə vaxt qazanmaq üçün birbaşa NATO bazalarından havaya qalxaraq Ukrayna ərazisində hərəkət edən Rusiya silahlı qüvvələrini hədəfə alacaq. Fakt kimi isə bu təyyarələrin Ukraynaya aid olduğu bildiriləcək. Ancaq belə yerdə ağla gələn ilk fikir budur: ruslar o qədər də axmaq deyillər ki, təyyarələrin Ukraynaya məxsus olub-olmadığını müəyyən edə bilməsinlər, ya da həmin təyyarlərin hansı hərbi aerodromlardan havaya qalxdıqlarının fərqinə varmasınlar...
Pentaqon Rusiyaya hansı ismarıcını göndərib?
Təbii ki, belə olan vəziyyətdə Rusiya əlini-qolunu sallayaraq boş durmayacaq və qırıcıların havaya qalxdığı əraziləri müəyyənləşdirməklə hədəfə alaraq həmin nöqtələri raket və s. zərbələrinə məruz qoyacaq. Daha dəqiq desək, Ukraynaya məxsus döyüş təyyarələri ölkə ərazisindən deyil, NATO bazalarından havalanacaqsa ruslar raketlərinin yönlərini məhz həmin bazalara tərəf çevirəcəklər. Bu baxımdan, hazırda Avropa İttifaqı və NATO həmin təyyarələrin Ukraynaya necə, hansı üsullarla ötürülməsi barədə planlar üzərində işləyirlər.O da əbəs deyil ki, ötən gün Pentaqondan Rusiyaya ismarıc göndərilib. Həmin ismarıcda bildirilir ki, amerikalıların hərbi qurumu rusların müdafiə nazirliyi ilə rabitə kanalını bərpa etmək istəyir. Necə ki, bənzər rabitə kanalı Suriyada da fəaliyyət göstərir. Məhz həmin kanal vasitəsi ilə ABŞ hərbçiləri havada və quruda patrul xidmətləri apararkən ruslarla əlaqələr saxlayır, bir-birlərini hədəfə çevirməmək üçün rabitə qururlar.Bu arada onu da xatırladaq ki, artı hansı ölkələrin Ukraynaya neçə ədəd döyüş təyyarələri verəcəkləri ilə bağlı bəzi məlumatlar işıqlandırılmaqdadır. Belə ki, Bolqarıstan Ukraynaya 16 ədəd MiQ-29, 14 ədəd isə Su-25 təyyarələri verəcək. Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 döyüş-qırıcı təyyarələrini göndərmək qərarındadırlar. Bütün bunlar isə əslində Rusiya-NATO qarşıdurmasının ilkin işartılarını verməyə başladıb. Əgər belə bir vəziyyət yaşanarsa Ukrayndakı müharibənin onun sərhədlərindən çıxaraq daha geniş miqyaslara doğru irəliləməsini, hətta 3-cü dünya müharibəsi ehtimalını artıra bilər.
Rövşən RƏSULOV

Digər xəbərlər