PDF Oxu

Siyasət

  • 3 324

BMT, Dünya Bankı və Aİ-nin ekspertləri Qarabağa səfər edəcəklər

BMT, Dünya Bankı və Aİ-nin ekspertləri Qarabağa səfər edəcəklər

"BMT, Dünya Bankı və Avropa İttifaqının ekspertləri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinə martın 7-dən 17-dək qiymətləndirmə missiyasının tərkibində səfər edəcək". SİA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.Onun sözlərinə görə, səfər azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi və bu ərazilərin bərpasına daha yaxşı dəstək göstərilməsi üçün planlaşdırılır.Qeyd edək ki, martın 18-də planlaşdırılmış dialoq çərçivəsində pandemiyadan sonrakı və post-münaqişə dövründə əməkdaşlıq müzakirə olunacaq. Həmçinin, xeyriyyə yarmarkasının və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

sia.az

Digər xəbərlər