PDF Oxu

Siyasət

  • 3 294

Qubada şəhid Ruslan Bayramovun xatirəsi yad edilib

Qubada şəhid Ruslan Bayramovun xatirəsi yad edilib

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova və aparatın işçiləri Vətən müharibəsi şəhidi Əlibəyqışlaq kənd sakini Bayramov Ruslan Azər oğlunun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Rayon təşkilat sədri bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir: "Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar".F.Hüseynova şəhid ailələrinin qayğıları ilə maraqlanaraq, YAP Quba rayon təşkilatı tərəfindən şəhid ailələrinə, qazilərə hər zaman diqqət və qayğı göstərildiyini, bundan sonra da şəhid ailələrinin, qazilərin qayğıları təşkilat tərəfindən diqqətdə saxlanılacağını bildirib.Vətən uğrunda canından keçərək, şəhidlik zirvəsinə yüksəlmiş bütün qəhrəmanlarımıza Allah rəhmət eləsin.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər