PDF Oxu

Siyasət

  • 3 076

BMT-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

BMT-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqil Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olan ilk dövlətlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.Onun sözlərinə görə, lakin erməni faşizminin ölkəmizə hücumundan sonra Azərbaycan BMT münasibətləri daha intensiv xarakter daşımağa başladı. O zaman BMT-nin bu münaqişənin dayandırılması istiqamətində qəbul etdiyi 4 qətnamə sonradan işğalçı rejimlə mübarizə aparmaq üçün ciddi hüquqi sənəd rolunu oynadı.44 günlük müharibədə Azərbaycanın qələbə çalmasında BMT-nin həmin dövrdə qəbul etdiyi 4 qətnamə sözün əsl mənasında çox böyük kömək oldu. Ulu öndər Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin sessiyasında çıxış edərək Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. Onun varisi ölkə Prezidenti İlham Əliyev də BMT-nin tribunasında Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dəfələrlə çıxışlar edib. Qeyd edim ki, Azərbaycan post-sovet məkanında ilk ölkədir ki, BMT Təhlükəsizlik Şurasının keçici sədri olub. Bu sədrlik dövrü 6 ay müddətində baş verib. Bütün bunlar Azərbaycana edilən böyük etimaddır. Həmçinin Bakı şəhəri beynəlxalq görüşlərin mərkəzi kimi istifadə edilir. Bu gün BMT-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir.

sia.az

Digər xəbərlər