YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının Böyük Söyüdlü, Qarabulaq, Çaldaş kəndləri ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlar Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində həyatını itirmiş Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib və qərarlar qəbul olunub. YAP Oğuz rayon təşkilatının Böyük Söyüdlü kənd ərazi partiya təşkilatının sədri Elçin Babayev, Qarabulaq kənd ərazi partiya təşkilatının sədri Sədrəddin Qarayev, Çaldaş kənd ərazi partiya təşkilatının sədri Adil Səmədov hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində görülən işlərə nəzər salınıb.Məruzələr dinlənilərək, ətrafında müzakirələr aparılıb və qənaətbəxş hesab edilib. Böyük Söyüdlü kənd ərazi partiya təşkilatına Babayev Elçin İdris oğlu sədr, Süleymanov İmdad Krım oğlu sədr müavini, Qarabulaq kənd ərazi ilk partiya təşkilatına Qarayev Sədrəddin Hümmət oğlu sədr, Qəribov Səid Əmrulla oğlu isə sədr müavini, Çaldaş kənd ərazi partiya təşkilatına Səmədov Adil Meqlüd oğlu sədr, Şahüseynov Ədalət Şükür oğlu isə sədr müavini seçilib. Yığıncaqda çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov partiyanın tarixi, gördüyü işlər və partiyada olan dəyişikliklər, yeni Nizamnamənin tələblərinə uyğun olaraq, yeni üzvlərin qəbulu və üzvlük haqlarının toplanılması qaydaları barədə ətraflı məlumat verib və dinlənilən hesabatlara münasibətini bildirib. Həmçinin, YAP Oğuz rayon təşkilatının sədri çıxışında, iclas iştirakçılarına Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı Cənab İlham Əliyevin Moskva səfərinin mahiyyəti barədə təfərrüatları çatdırıb, cəmiyyətdə qəsdən və məlumatsızlıqdan yayılan dezinformasiyalara diqqət çəkərək, pisləyib.Sözügedən bütün ərazi ilk partiya təşkilatlarına bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.
ZÜMRÜD BAYRAMOVA