PDF Oxu

Siyasət

  • 1 814

“Ermənistanda ciddi qarşıdurmalar ola bilər” AÇIQLAMA

“Ermənistanda ciddi qarşıdurmalar ola bilər” AÇIQLAMA

“Hazırda Ermənistanda siyasi gərginlik var. Müdafiə Nazirliyinin Baş Qərargah rəisi işindən azad edilib, yerinə isə onun müavini təyin olunub”. Bunu SİA-ya açıqlamasında politoloq Teymur Qasımlı bildirib.Onun sözlərinə görə, Ermənistanda ağır hərbi-siyasi problemlərlə yanaşı, iqtisadi tənəzzül daxildə ciddi qarşıdurmaların yaranmasına gətirib çıxaracaq: “Ermənistanda ağır ictimai-siyasi vəziyyət və Paşinyana qarşı üsyançı tərəflərin fəallaşması nəticə etibarı ilə onun hakimiyyətdən getməsinə gətirib çıxara bilər. Ümumilikdə bütün daxili gərginliklər onun ziyanına işləyə bilər. Müxtəlif terrorçu təşkilatlardan maddi və mənəvi dəstək alan Koçaryan və Sarkisyan Paşinyana qarşı mübarizə aparırlar. Qısası Ermənistandakı gərginlik artmaqda davam edəcək və ən azı yaxın vaxtlarda bu gərginliyin zəifləyəcəyini ehtimal etmirəm”.

Müəllif: Gülyana

Digər xəbərlər