28 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Bağban ərazi partiya təşkilatının üzvlərinin bir qrupu və ailə üzvlərinin iştirakı ilə rayonun Bağban kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsinin şəhidi Heydərov Ayaz Qaraş oğlunun məzarını ziyarət etmiş,ruhuna dualar oxunmuşdur. Bu gün Ayaz Heydərovun 50 yaşı tamam olur. Ayaz Heydərov 28 fevral 1972-ci ildə rayonun Bağban kəndində anadan olmuşdur. 9 qardaş, 4 bacı arasında 5-ci uşaq, 3-cü qardaş olub. 12 yaşı olanda - 09 sentyabr 1984-cü ildə anası Şahsənəm Heydərova vəfat edib. Ayaz Heydərov Bağban kənd orta məktəbini bitirmişdir. 26 may 1990-cı ildən 07 may 1992-ci ilədək Sovet Ordusu sıralarında xidmət edib. Bağban kəndi ərazisində fəaliyyət göstərən Səməd Vurğun adına kolxozda kolxozçu işləmişdir. Noyabr 1993-cü ildə Ucar rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb və 702 saylı hərbi hissədə xidmətə başlayıb. Xidmətinin "ömrü" 2 ay 21 gün olub. Ömrünün 21 yaş 10 ay 24-cü günündə -21 yanvar 1994-cü ildə Füzuli rayonunun Abdurəhmanlı kəndində şəhid olub.
Rəfiqə