PDF Oxu

Siyasət

  • 2 117

Rusiya-Ukrayna müharibəsinin Ermənistana mənfi təsirləri - TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin Ermənistana mənfi təsirləri - TƏHLİL

Rusiya ilə Ukraynanın apardığı müharibə əlbəttə ki, hər iki ölkə üçün arzuolunmaz itgilərlə, zərərlə davam etdirilir. Hər iki tərəfin itgiləri var və bunun hələ nə qədər davam edəcəyini də söyləmək çətindir. Bununla yanaşı, bu müharibə yalnız tərəflərə zərər vurmur. İki ölkə arasında baş verən toqquşmalara görə Avropa ölkələri belə zərər çəkməkdədir. İndi Rusiyanın sanksiyalara məruiz qaldığı kimi, Avropa da, təbii qaz məsələsində Rusiyanın tətbiq etdiyi müəyyən məhdudiyyətlərlə üzləşib və bu müharibə Avropa üçün də itgilərə səbəb olub, hələ də itgilər artmaqdadır.

Doğrudur, Avropa ölkələri Rusiya ilə Ukrayna arasında baş verən toqquşma səbəbindən zərər görür, amma bu zərər heç də Ermənistan kimi işğalçı və asılı ölkənin zərəri ilə müqaisə edilən deyil. Əgər Avropa ölkələri təkcə iqtisadi çətinliklərlə, iqtisadi zərərlə, ehtiyacla üzləşiblərsə, Ermənistana bütün istiqamətlərdə zərər dəyməkdədir. Eyni zamanda güclü, qüdrətli Avropa ölkəri belə çətinliklərə tab gətirəcəyi bəllidir, amma Ermənistan kimi cılız bir dövlət, səfalət işərisində boğulan bir ölkə bu təsirlərdən hansı vəziyyətə düşəcəyi sözsüz ki, hələ bəlli deyil.

Ukrayna münaqişəsi Ermənistan və ermənilər üçün təkcə iqtisadi problemlər deyil, həm də siyasi və digər problemlər, çətinliklər yaradır. Doğrudur, müharibə həmişə, hər həs üçün, hamı üçün pisdir, arzuolunmazdır, amma Ermənistanın və ermənilərin timsalında kimin üçün isə daha dəhşətlidir. Rus hərbçilərinin inzibati binaları, yaşayış binalarını, teleqülləni vurması fonunda Ukraynada baş verənlər çox acınacaqlıdır. Rusiya üçün də vəziyyət xoşagələn deyil. Rusiya işçi qüvvəsi, hərbi texnika, iqtisadiyyat və reputasiya itkilərinə məruz qalır. Məsələ burasındadır ki, bir sıra məqamlara nəzər salsaq görərik ki, ermənilərin, Ermənistanın itgisi də nəzərəçarpacaq qədərdir.

Rusiya-Ukrayna müharibəsi Ermənistan üçün sözün əsl mənasında bir problemdir və bunun bir neçə səbəbi var. Əvvəla, müharibə bu ölkələrdəki erməni diasporuna təsirsiz ötüşməyəcək. Ancaq diasporun fəaliyyəti sayəsində ayaqda qalan Ermənistan üçün bunun nə demək olduğu yəqin ki, hər kəs üçün aydın olar. Qarabağa göndərilməmələri, ümumiyyətlə hərbi xidmətdən yayındırılmaları üçün övladlarını Rusiyaya, Ukraynaya yollayan ermənilər əvvəllər gözləyirdilər ki, övladları bir il Rusiya ordusunda xidmət edəcək, sonra isə hərbi bilet alıb yaşayacaqlar, ölməyəcəklər. Bir çoxları da övladlarının öz ölkələrinə qayıtmayıb Rusiyada, Ukraynada yaşayacaqlarına ümid edirdilər. Ümid edirdilər ki, uşaqları Ermənistandan kənarda rahat yaşayacaqlar, qazanacaqlar, amma indi bu mənada nəinki ümidləri qırılıb, hətta qorxurlar ki, yoxsulluq fonunda və öz millətinin özünü tənha hiss etməsi fonunda ruslar şovinist hissləri gücləndirə bilər, xarici miqrantları, o cümlədən erməniləri aşağılayarlar. Bu vəziyyət Rusiya və Ukraynadakı erməni sahibkarlar üçün də pis günlərin başlağıcından xəbər verir. Eləcə də onların Ermənistandakı pul köçürmələri ilə yaşayan, yalnız bu köçürmələrə ümid bəsləyən qohumları əziyyət çəkəcəklər. Bir sözlə, bu müharibə Ermənistanda yaşayan ermənilərin onsuz da ağır olan yaşayış şəraitinə daha bir zərbə olaraq vəziyyəti çətinləşdirir.

Rusların həmişə onları qoruyacağına ümid edən ermənilərin ümidləri də tamamilə qırılıb. Çünki, indi erməniləri qorumaq Rusiyanın yadına belə düşməyəcəyini və Rusiyanın öz hayında olduğunu hamıdan yaxşı elə ermənilər özləri bilirlər. Yaxşı bilirlər ki, sanksiyalar səbəbindən ruslar özləri çətin vəziyyətdədirlər və belə vəziyyətdə hələ bir yardım haqqında düşünüləcəyi də inandırıcı görünə bilməz. Müharibə və sanksiyalar altında boğulan Rusiyanın zəifliyi özünü biruzə verdikcə isə ermənilərin ruslara güvəni də boşa çıxır. Bu da erməni cəmiyyətində ruh düşkünlüyü, bədbin əhval-ruhiyyə ilə yanaşı, ümidsizlik də yaradır və nəticə etibarı ilə bunun Ermənistan üçün bütün sahələrdə mənfi təsirləri müşahidə edilir.

Eyni zamanda Rusiya ilə Ukrayna arasında gedən müharibə dünyanın diqqətini cəlb etdiyi zaman ermənilərin yalandan qara-qışqırıq salmalarına, hiyləgərliklə hay-küy qoparmasına məhəl qoyan da olmayacaq. Yəni, ermənilərin ciddi cəhdlə apardıqları yalançı təbliğat kampaiyası belə bu anda diqqətdən kənarda qalır və bundan sonra da qalacaq. Onsuz da bu cəhdlərindən başqa heç bir iş görmək iqtidarında olmayan işğalçı ölkənin demək olar ki, rolu, fəaliyyto sıfıra yaxınlaşır. Belə olan halda mövcud olmaları ilə olmamaları arasında fərq də müvafiq olaraq nəzərə çarpmır.

Onu da diqqətə çatdıraq ki, həmçinin ermənilərin bütün dünyadan umduqları gözlədikləri yardım da bu anda mənasızdır. Yəni, bütün dünya Ukrayna barədə düşündüyü zaman, yardımlar belə Ukraynaya edildiyi, yaxud yönləndirildiyi zaman Ermənistan heç kimin yadına düşən deyil. Nə dünya ölkələri, nə də beynəlxalq təşkilatlar ən azından bu müharibə fonunda erməni hayında ola bilməz. Hər birinin öz problemi olduğu halda yalançı, dırnaqarası “erməni harayı” kimsə üçün eşidilən belə deyil.

Hərbi əsirlər məsələsi barədə də yalandan “haray” çəkən erməniləri eşidən ola bilməz. Çünki, hazırda dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsi fonunda hər iki tərəfdən minlərlə, rus və ukraynalı hərbi əsirlərin olması məsələsidir. Belə vəziyyətdə ermənilərin özlərinin iddia etdikləri 5-6 nəfər əsir bütün dünya ölkələrini, yaxud beynəlxalq təşkilatları məşğul etməyəcək. İndi ermənilər özləri də yaxşı bilirlər ki, nə qədər çığır-bağır salsalar belə mənasızdır və bunun onlar üçün heç bir faydası yoxdur, onların bir neçə əsir barədə dediklərini eşidən belə olmaz.

Həmçinin ermənilərin bəzi yollar barədə hay-küy qoparmalarına da məhəl qoyan tapılmayacaq. Bütün Avro-Atlantik məkanın sərhədlərinin Rusiya aviasiyası üçün bağlı qalması və buna uyğun olaraq Avropa aviaşirkətlərinin Rusiya üzərindən uça bilməməsi fonunda ermənilərin Qorus-Qafan yolunun timsalında hansısa yolların bağlanıldığı barədə iddiaları çətin ki, diqqəti cəlb edə. Bir sözlə, hazırda dünya ölkələri, beynəlxalq təşkilatlar, hətta ermənipərəst qüvvələr üçün belə prioritet məsələ məhz Rusiya-Ukrayna müharibəsinin hər sahədə mövcud təzahürləridir, Ermənistanın yalandan qaldırdığı məsələlər deyil. Bu baxımdan Ermənistan tərəfi çox yaxşı başa düşür ki, hər zaman ümid etdikləri şər, yalan və digər vasitələrə artıq ümid edə bilməzlər. Əksinə, indi Ermənistan bütün istiqamətlərdə daha acınacaqlı vəziyyətlə qarşılaşıb. Bir sözlə, Rusiya-Ukrayna müharibəsinin Ermənistana mənfi təsirlərini ermənilər özləri də yaxşı başa düşür, anlayır və etiraf belə edirlər, hansıki bu Ermənistanın mətbuat səhifələrində də öz əksini tapır.

Digər xəbərlər