PDF Oxu

Siyasət

  • 2 814

YAP-ın VII qurultayından sonra görülən işlər

YAP-ın VII qurultayından sonra görülən işlər

Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. 2021 -ci il martın 5-də Yeni Azərbaycan Partiyasının növbəti - VII qurultayı keçirildi. YAP-ın bu qurultayı partiyanın və ölkənin inkişafında yeni mərhələnin əsasını qoyub. Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxardılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. ”Qarabağ savaşı”, ”Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi”, ”Qarabağ”, ”Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə”, ”Şuşa bəyannaməsi” və bir sıra mövzularda tədbirlər keçirilib, faydalı müzakirələr və fikir mübadilələri aparılıb. ”Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən tədbirdə “Böyük yolun Müzəffər davamçısı” kitabının təqdimatı olub. Bu nəşr İlham Əliyevin 60 illik yubileyinə həsr olunub. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatlarının sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatının fəaliyyət istiqamətlərindən biridir.Vətən müharibəsində qazanılmış möhtəşəm qələbənin strateji prosesə çevrilməsi diplomatik müstəvidə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atılır. YAP da bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu partiya həm də ölkənin vətənpərvər, intellektüal ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. O gənclər ki, vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişib və torpaqlarımızı işğalçılardan azad edib. Torpaqlarımızın azad edilməsində təkcə gənc nəsil yox, bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan insanlardır. Onlar yetişdi, onlat vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhramanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.Bütün bunlar aparılan uğurlu siyasətin sayəsində baş verdi. Həm də Azərbaycanın “regionun lider ölkəsi” statusu təsdiqləndi. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Azərbaycan höküməti tərəfindən aparılan effektik enerji və nəqliyyat siyasəti, habelə humanitar layihələr regionun inkişafına xidmət edir, tərəfdaş ölkələri sayını durmadan artırır.

Şükufə Əhmədova
Xəzər rayonu, Ə.Əliyev adına 125№li tam orta məktəbin müəllimi

Digər xəbərlər