PDF Oxu

Siyasət

  • 2 986

Böyük strateq, qalib Azərbaycan – qlobal dünya reallığında! ANALİTİK+AKTUAL

Böyük strateq, qalib Azərbaycan – qlobal dünya reallığında! ANALİTİK+AKTUAL

Müasir dünyamızda cərəyan edən elə hadisələr də yaşanır ki, bu hadisələr beynəlxalq siaysi düzəninin yenilənməsi, yaxud xəritələrin, sərhədlərin dəyişilməsi ilə də nəticəsini tapır – diktə edənlər diktə olunanlara çevrilir, böyük güclər zəif sandıqları kiçik güclər qarşısından geri çəkilməli olurlar

Sirr deyil ki, çağdaş dövrümüz müxtəlif təlatümlərlə, çoxsaylı ictimai-siyasi hadisələrlə, dövlətlərarası münasibətlərdə yaranan bu və ya digər şəkildəki müsbət və mənfi yanaşmaları ilə zənginləşməkdədir. Dünyanın müxtəlif nöqtələrində bir-birini tez-tez əvəzləyən hadisələr hər gün yenisi ilə əvəzlənir və tüğyan edir. İqtisadi rəqabətlərdən tutmuş müharibələrə qədər hər şey kifayət qədər sürətlə çətin dövrümüzdə bu və ya digər şəkildə öz sirayətlərini göstərir. Müasir və qlobal dünyamızdakı cərəyan edən elə hadisələr də yaşanır ki, bu hadisələr dünya düzəninin yenilənməsi, yaxud xəritələrin, sərhədlərin dəyişilməsi ilə də nəticəsini tapır – diktə edənlər diktə olunanlara çevrilir, böyük güclər zəif sandıqları kiçik güclər qarşısından geri çəkilməli olurlar.

Görünür, müasir siyasətin vaxtilə görünməyən tərəfləri artıq açıq-aşkar görünməyə başlamaqdadır və bütün bunların arxasındakı daha bir amil dövlətlərin öz siyasi-iqtisadi maraqları, sağlam, ya da qeyri-sağlam ambisiyaları kontekstindən çıxış edərək mövqelərini gücləndirmək məqsədləridir. Təbii ki, istər lokal, istərsə də total müharibələr və toqquşmalar da həmin maraqlardan irəli gələn faktorlara söykənməkdədir.

Azərbaycanın sosial-iqtisadi nailiyyətləri ilə yanaşı, həm də hərbi-texnologiya sahəsində atdığı nəhəng sıçrayışları

Söz yox ki, bu kimi məsələlərdə nümayiş olunan daha bir reallıq dövrün texnoloji imkanlarıdır. Əbəs deyil ki, artıq dünyada 4-cü sənaye inqilabının nəticələri haqqında bəhs edilir və bu inqilab yalnız bir istiqamətdə deyil, çoxşaxəli istiqamətlərdə tərəqqi edir, informasiya-kommunikasiya, aqrar və qida sektorları o cümlədən, hərbi-texnoloji sahələri də məhz bu reallığı kifayət qədər əks etdirməkdədir.

Bu xüsusda, biz heç də uzağa getməyərək, Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri ilə yanaşı, həm də hərbi-texnologiya sahəsində atdığı nəhəng sıçrayışları haqqında bəhs edə bilərik. Sözügedən məqamın üzərində dayanmağımızın da məqsədi budur ki, ölkəmizin regionda və dünyada hansı üstünlüklərə malik olduğunu və beynəlxalaq siyasi arenadakı yerini və rolunu daha geniş təfsilatla analiz edək. Həmçinin dünyanın digər ölkələrində cərəyan edən hadisələrə Azərbaycanın təsirləri haqqında bəhsimizi aparaq.

Dövlət idarəçiliyində nümayiş olunan qətiyyət və möhkəm iradə gerçəkliyi Azərbaycanın məqsədli tərəqqisinin qarşısını almağı bacarmadı!

Beləliklə, 30 ilə yaxın vaxt ərzində Azərbaycanın torpaqları Ermənistanın təcavüzkar siyasəti səsəbindən işğala məruz qalmışdı. Məhz 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixləri arasında davam edən 44 günlük Zəfər yürüşü dövlətimizin işğalçı üzərində qələbəsi ilə nəticələndi.

İşğala məruz qaldığı zaman ərzində ölkəmiz çoxsaylı təzyiqlərlə, ikili standartlarla, qərəzli ittihamlarla qarşı-qarşıya qalırdı, lakin dövlət idarəçiliyində nümayiş olunan qətiyyət və möhkəm iradə gerçəkliyi Azərbaycanın məqsədli tərəqqisinin qarşısını almağı bacarmadı! Neft-qaz resurslarından, eləcə də digər enerji resurslarından doğru yöndə istifadə etməkdən başlayaraq iqtisadiyyatımızın möhkəmləndirilməsi prosesinə başlanıldı ki, bütün bunların arxasında yeganə qayə dayanmışdı - işğaldakı torpaqlarımızı düşmən tapdağından azad etmək!

Artıq sübut olundu ki, İkinci dünya müharibəsindəki savaş aparmaq vasitələri tarixə çevirlir və müasir dünya müasir texniki imkanlar tələb edir

Bunun üçün isə ilk növbədə hərbi gücə, müasir müharibə aparmaq texnologiyalarına malik olmaq şərtə çevrilmişdi. Təbii ki, Azərbaycan xalqının vahid yumruq halında düşmənə qarşı mübarizə aparması reallığı da sözügedən məsələdə öncüllük təşkil edirdi.

Amma Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin da vurğuladığı kimi, az itkilərlə maksimum qalibiyyət əldə etmək tezisi öz aktuallığını qorumalıydı. Bu xüsusda, Azərbaycanın düşmənə qarşı həyata keçirdiyi hərbi əmıliyyatlarının hər biri bilavasitə nəhəng və müasir hərbi gücümüzün göstəricisi kimi tarixə düşdü. Əgər bu gün İkinci Qarabağ müharibəsinin aparılması dünyanın ən aparıcı dövlətlərinin hərbi akademiyalarında dərs vəsaitinə çevrilibsə, artıq bu faktın özü digər məqamları açıq şəkildə ortaya çıxarır.

Azərbaycan Ordusu bu gün dünyanın yiyələnməyə çalışdığı ən müasir və modern hərbi texnologiyalara sahibdir. Əbəs deyil ki, hazırda dünyanın bir çox ölkələri öz siyasi maraqlarını məhz bu kimi texnologiyalar vasitəsilə həyata keçirmək məqsədi güdürlər. Artıq sübut olundu ki, İkinci Dünya müharibəsindəki savaş aparmaq vasitəsi tarixə çevirlir və müasir dünya modern – həmçinin beşinci nəslə cavab verəcək texniki imkanlar tələb edir. İndi bütün dünya dərk edir ki, Azərbaycan Silahlı Qüvvələrinin istər havada, istərsə də quruda malik olduğu müasir və beşinci nəsil texnikaları Ermənistanın köhnə, paslanmış hərbi texnikalarını lazımsız metal yığınına çevirdi.

Digər tərəfdən, taktiki müharibə aparmaq qabiliyyətini də nümayiş etdirən Silahlı Qüvvələrimiz bütün ərazilərdə - dağlarda, düzənlik zonalarında, meşəliklərdə, şəhər tipli qəsəbələrdə ən müasir savaş standartları ilə beynəlxalq aləmi heyrətləndirməyi bacardı. Məhz qeyd etdiyimiz 4-cü sənaye inqilabının məntiqi nəticələrindən biri də Azərbaycanın hərb sisteminin heç bir dövlətlər tərəfindən gözlənilməyən sürətli sıçrayışı oldu. Özü də siyasət meydanında ikili standartlarla, qərəzlərlə, təzyiqlərlə üzləşdiyi bir məqamlarda!

STOP etmək strategiyasının məntiqi isbatı və elə də uzaqda olmayan “x” vaxtı!

Sirr deyil ki, müharibəni strateqlər idarə edirlər. Lakin strateq yalnız o demək deyil ki, müharibə gedərkən, qərargahdakı xəritələrə baxsın, həndəsi dəqiqlikləri icra etsin və s. Əsl strateq qalibiyyətin əldə edilməsindən sonra onu saxlamaq, sonrakı müddətdə isə davam etdirərək yekun nəticəni qazanmaq bacarıqları ilə seçilməlidir. Məhz Müzəffər Ali Baş Komandanımızın möhtəşəm strateq olması, hərb elminə dərindən yiyələnməsi reallığı da buradan qaynaqlanır.

Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti istər yaxın, istərsə də uzaq xaricdən çoxsaylı, hətta belə desək, davamlı təzyiqlərə məruz qalırdı. Lakin güclü və əyilməz iradə, eləcə də uzaqgörənlik instinktləri, həmçinin prinsipiallıq sayəsində Ordumuz düşməni darmadağın edirdi, habelə dövlət başçımız haqlı, ədalətli mübarizəmizin köklü səbəblərini, tarixi həqiqətləri xarici aləmə anlatmaqla paralel şəkildə informasiya müharibəsini də həyata keçirdi. Ancaq daha bir mühüm məqam da var: İlham Əliyev siyasətinin ən mükəmməl vasitələrindən biri də bu qalibiyyət gerçəkliyidir - nəyi nə vaxt etməyi bilmək!

Bu gün Şuşamızın, Hadrutumuzun və s. torpaqlarımızın azadlığı da həmin məqamlara söykənir. Və ən əsası, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətlərində qalan digər ərazilərimizin də quldur silahlılardan təmizlənəcəyi kimsəyə sirr deyil. Sadəcə, bunun üçün də vaxt, zaman və əlbəttə ki, minimal şəkildə irəliləməklə maksimal uğur əldə etmək gərəkdir. Ona görə də, Müzəffər Ali Baş Komandan əvvəllər olduğu kimi, illər öncəni necə görürdüsə, bu kimi məsələləri də necə deyərlər, millimetrinə qədər müəyyən edib. Əgər işğalçıların darmadağın edilməsi ilə 44 günlük Vətən müharibəsinin başa çatması 10 noyabr tarixinə aiddirsə, yerdə qalan separatçı tör-töküntülərin də mühasirədə (!) qaldıqları ərazilərdən qovulmaları yaxın, bəlkə də çox yaxın “x” vaxtına təyin edilib və buna qətiyyən şəkk-şübhə də yoxdur!

Eyni zamanda, sərhədlərimizin delimitasiya və demarkasiyası məsələsində də Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər göz önündədir. 3-4 il əvvəl Mehri-Qafan yolunda Azərbaycan postunun, yanacaqdoldurma məntəqəsinin, Göyçə gölünün yaxınlığında, Qaragöldə istehkam və dayaq məntəqələrimizin yerləşəcəyini yuxularına belə gətirə bilməyən istər erməni, istərsə də onlara qahmar çıxanlar tərəfi indi əsl həqiqəti öz gözləri ilə və ən əsası, heç nə edə bilməmələri, acizlikləri ilə seyr etməkdədirlər.

SUAL: Bəzi cəmiyyət üzvlərimizin bu qədər qalibiyyətlərin qarşılığında Qarabağda mühasirədə qalmış kiçik erməni çetesinin daha bir neçə illər orada mövcud olacaqlarını bilməzə şəkildə iddia etmək nə qədər haqlı yanaşmadır? Əlbəttə ki, çox yaxın dövrdə biz bu iddiaları edənlərin də gözlərinin içinə baxaraq sözümüzü deyəcəyik, o gün əslində heç uzaqda da deyil!

Beləliklə, 2020-ci ilin 10 noyabrında müharibəyə STOP deyildi, amma əlbəttə, onun davam etməyəcəyini də kimsə sığortalamayıb, əgər düşmən ağıllanmazsa təbii ki. Və bunu dünyanın ən böyük strateqlərindən olan Müzəffər Ali Baş Komandanımız hamıdan yaxşı bilir!

Bu gün Ukrayna çöllərində ilişib-qalan rus tankları, artilleriya və raket qurğuları hava vasitəsi ilə və oyuncaq kimi görünən kiçik Bayraktar PUAL-ları ilə məhv edilirlər

44 günlük müharibə həm də müasir dünyamızın dəyişən simasını da xəritə mənzərəsində sərgilədi. Təəssüf ki, Azərbaycandan fərqli olaraq postsovet ölkələrində separatçı qurumlardan xilas olmayan bir sıra dövlətlər qalmaqdadır. Daha doğrusu, Azərbaycan qondarma xəritələr və qondarma dövlətlər stereotipini dəyişməyə müvəffəq oldu və bir sıra postsovet ölkələrinə də bunun mümkünlüyünü əməli qaydada isbatladı. Sadəcə, həmin dövlətlərin də öz strateqləri olmalıdır.

Hələlik, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemləri qalmaqdadır, Moldovanın Dnestryanı problemi həll edilməyib, Ukraynaya gəldikdə isə...

Bu ölkədə artıq bir həftədən artıqdır ki, müharibə gedir və müharibəni başlayan tərəfin Rusiyanın olduğu da kimsəyə sirr deyil. O cümlədən, bu məsələdə Qərbin də maraqlarının olması faktdır. Ukrayna çoxsaylı siyasi maraq faktorlarının mərkəzi meydanıdır desək, yanılmarıq. Məhz müharibənin başlaması səbəbi də qlobal dünyamızda xəritələrin, mövqelərin dəyişilməsi maraqlarının oyanmasıdır. Rusiya Qərb dünyanın onun sərhədlərinə tərəf genişlənməsini istəmir, bunun üçün öz hərbi-siyasi egidası altında Donetsk və Luqansk adlı separatçı qurumlar yaradır, Krımı ilhaqa məruz qoyur, Ukraynanın ərazi bütövlüyünü isə pozur. Qərb isə əksinə - Rusiyanın onların sərhədlərinə doğru irəliləməsini əngəlləməyə çalışır.

Lakin gördüyümüz kimi, bir neçə günlük planı sayəsində Ukraynanı ələ keçirəcəyini düşünən Rusiya yalnız ukraynalıların güclü müqaviməti, habelə Ukrayna prezidentinin qətiyyəti ilə qarşılaşmadı, Rusiya saysız-hesabsız tankları və topları, artilleriya qurğuları, raketləri, canlı qüvvələri ilə əslində təsəvvürünə gətirə bilməyəcəyi hərbi-texniki müqavimətlə də qarşılaşmalı oldu.

Burada Ukraynaya Qərbi Avropa və Baltikyanı dövlətlərinin, ABŞ-ın, Kanadanın, Böyük Brtitaniyanın silah-sursat, texnika cəhətdən davamlı yardımlarını qeyd edə bilərik. Etiraf edək ki, Ukrayna silah və canlı qüvvə sayı baxımından Rusiyadan dəfələrlə geri qalmasına rəğmən, ən müasir ultra-hərbi texnoloji silahları ilə artıq düşməninə çevrilmiş ölkəni üstələyir. Bu gün Ukrayna çöllərində ilişib-qalan rus tankları, artilleriya və raket qurğuları hava vasitəsi ilə və oyuncaq kimi görünən kiçik Bayraktar PUAL-ları ilə məhv edilirlər. Və ən əsası..!

Ukrayna Azərbaycanın Qarabağ taktikasından istifadə edir

Ən əsası, Ukrayna bu müharibədə Azərbaycanın 44 gündə apardığı Qarabağ savaşı metodikasından, vasitələrindən, hərbi taktikalarından maksimum istifadə etməkdədir. Yalnız bu yolla Ukrayna hədsiz hərbi gücü olan Rusiya kimi dövlətin arsenalı qarşısında tab gətirməyi bacarır.

Və əgər bu gün Rusiya bəzi ərazilərdə irəlilədiyi halda Ukrayna rəhbərliyi ilə danışıqlar raundlarına qatılırsa, demək ki, onların da hər hansı çəkinəcəklərinin yaranması özünü daha qabarıq şəkildə büruzə verməkdədir.

Artıq bu gün Rusiyanın hərbi gücü qarşısında yeni və müasir güc dayanır. Sadəcə, bu dəfə Rusiya mövcud vəziyyətində STOP deməlidir, əks halda hər şeyini, hətta illər əvvəl qazandıqlarını da Ukrayna çöllərində qoya bilər, biz hələ ölkənin varlıq olaraq siyasi-iqtisadi cəhətdən məhvə uğrama ehtimallarını demirik. Belə ki, hazırda ucu-bucağı görünməyən və bundan sonra da tətbiq ediləcək çoxsaylı sanksiyaların tətbiqlərindən başlamış bütün beynəlxalq təşkilatlardan kənarlaşdırılmasına qədər hər şey (!) bu gün Rusiyanın əleyhinə işləyir. Maraqlıdır, bəs onlarda da vaxtında STOP deyə biləcək böyük strateq tapılacaqmı? Hələik qarşıda qəzəbli dövlət rəhbərindən başqa heç kim görünmür...

Nəticədə isə qeyd edə bilərik ki, dünyanın qlobal problemləri bundan sonra da tükənəcək kimi görünmür və bu kimi amillərdən sonluq hasil etməyimizlə bizlər öz gələcəyimizə optimal kimi baxa bilərik. Çünki Azərbaycan dövləti və bu dövlətin rəhbəri – böyük strateq İlham Əliyev artıq bundan sonrakı illərlə bağlı ən uğurlu planlarını, strateji düşüncələrini hazırlayıb və bütün bunlar ölkəmizin, xalqımızın daha yüksək tərəqqisinə hesablanmış planlardır.

Rövşən RƏSULOV

Digər xəbərlər