PDF Oxu

Siyasət

  • 2 256

YAP Biləsuvar rayon təşkilatı növbəti tədbirini keçirib

YAP Biləsuvar rayon təşkilatı növbəti tədbirini keçirib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Ağayrı və İsmətli kənd ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları keçirilib. Tədbirdən öncə kənd qəbiristanlıqlarında dəfn edilmiş şəhid məzarları ziyarət edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavinlərinin seçilməsi olmuşdur. Yığıncaqda ərazi partiya təşkilatları sədrlərinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi. Yığıncaqda təşkilati məsələyə baxılaraq, Ağayrı kənd ərazi partiya təşkilatında Nizami Həsənov sədr, Allahverdi Zeynalov sədr müavini, İsmətli kənd ərazi partiya təşkilatında Vaqif Cəbrayılov sədr, Bəhruz Nəbili isə sədr müavini seçildilər.Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K.Qurbanlı ötən hesabat dövrü ərzində ƏPT - nın fəaliyyətləri ilə baglı fikirlərini bildirdi. Yeni seçilən sədr və müavinləri təbrik edərək müvafiq tapşırıq və tövsiyələrini verib.

Rəfiqə

Digər xəbərlər