Azərbayanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar reallığı özünü bütün məqamlarda və proseslərdə ehtiva etməkdədir. Bu xüsusda, daxaili siyasətdə də aparılan islahatlar öz uğurlu nəticələri ilə sübut olunmaqdadır. Belə ki, islahatların daha bir amili Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə, eləcə də parlamentimizin fəaliyyətindəki yeniliklərlə göstərilə bilər. Prezident İlham Əliyevin 10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında da reallaşdırılan islahatlarla bağlı bir sıra əhəmiyyətli faktorlar önə çəkilmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, davamlı islahatlar siyasətinin parlamentdə də sövq edilməsi Milli Məclisin işinin yaxın perpektivdəki işinin daha geniş sferanı əhatə etməsinə söykənir. İlk növədə isə, ölkəmizdə mövcud olan demokratik mühit islahatlara stimul verməkdədir. Əbəs deyil ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət bir sıra aparıcı qurumlar, təşkilatlar tərəfindən verilmişdir. Misal üçün, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv qiymətləndirmə aparıb və bəyan edilib ki, Aİ yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Söz yox ki, verilmiş bu qiymət, bilavasitə demokratik seçkilərin tanınması gerçəkliyini isbatlayır.
Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan parlamentinin fəaliyyətində əldə edilən uğurlar özünü bir neçə tərəfdən göstərməkdədir. Bu, ilk növbədə, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olması ilə əlaqələndirilə bilər. Həmin əlaqələndirilmələrin bir hissəsi isə bunlardır:
1.Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb.
2. Altıncı çağırış Milli Məclis çoxpartiyalı sistem çərçivəsində fəaliyyət göstərir.
3. Bütün siyasi qüvvələr seçkilərdə iştirak edərək, ölkənin daxili siyasi güdəmində fəallıq nümayiş etdiriblər.
4. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar və ölkənin gündəmində dayanan məsələlərlə bağlı aktiv fəaliyyət göstərirlər.
Beləliklə, fakt budur ki, sadalanan təkcə bu amillər Azərbaycandakı siyasi sistemin möhkəmlənməsinin, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsinin münbit təzahürləridir.
Təbii ki, ölkəmizdəki siyasi prüalizm və demokratik reallıq gerçəkliyi həm də belə qənaətə gəlməyə kiayət qədər zəmin yaradır fəaliyyət göstərən bütün siyasi təşklatlar yalnız dialoq mühitinin inkişafından yararlanırlar. Daha dəqiq desək, siyasi islahatların partiyalararası geniş dialoqlar olmadan həyata keçirilməsində baryerlər yarana bilər. Məhz bu kimi baryerləri aşmaq üçün Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir, eləcə də Milli Məclisdəki müxalifət partiyaları ilə sıx təmaslar saxlanılır, qarşılıqlı diskusiyalar, müzakirələr aparılır. Əbəs deyil ki, daha genişmiqyaslı islahatlar dövründə siyasi islahatların aparılması həm də müasir siyasi sistemin çağırışına çevrilmişdir.
Bu baxımdan, biz daha bir amilə də diqqət yeriməliyk. Misal üçün, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılmalıdır və artıq həmin prosesə başlanılıb.
Gözlənilən uğurlu nəticələr isə bunlardır:
a) Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.
b) Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektorları işlək vəziyyətə gətirilib.
c) Ölkədə reallaşdırılan uğurlu islahatlar həm konseptual xarakter həm də struktur xarakteri daşıyır və aparılan kadr islahatları buna sübutdur.
Lakin biz daha bir əhəmiyyətli və xalqımızı narahat edən bəzi nüasnları da diqqətə çatdırmalıyıq. Sirr deyil ki, bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Dövlətin, ölkə rəhbərliyinin bu kimi dairələrə göstərdiyi etimadlarının doğrulmaması isə qəti və sərt tədbirlərin görülməsi tələbini zəruri edir. Çünki Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, hər bir məmur xalqın xidmətçisi olmalıdır və Onun özü xalqın bir nömrəli xidmətçisi olduğunu dəfələrlə öz çıxışlarında vurğulayıb. Bu kəlamdan nəticə çıxarmayan, yaxud nəticə çıxarmaq istəməyən naxələf məmurlar sonunda məhz xalqın, dövlət qanunlarının qarşısında cavab verməlidirlər və verirlər də.
Biz ümid edirik ki, dövətimizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına maneçilik törədən naxələf məmurlar üzərində bundan sonra da təmizləmə işləri aparılacaqdır - həm mərkəzi, həm yerli icra orqanlarında, eləcə də bütün dövlət qurumlarında.
Yuxarıda qeyd edilən fikirlərin hər biri həm də onu sübut edir ki, bəli, islahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Ona görə də, əminliklə deyə bilərik ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir.
Biz deputatların da əlbəttə ki, qarşısında böyük vəzifələr durur və ilk növbədə, qanunvericilik sahəsində. Çünki bildiyimiz kimi, parlamentin əsas işi qanunvericilikdir və Milli Məclis bilavasitə ölkəmizin ali qanunverici orqanıdır. Dəyişən reallıqlar isə yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir.
O cümlədən, mən də seçicilərimin göstərdiyi yüksək etimaddan istifadə edərək təklif edirəm ki, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərini həyata keçirmək lazımdır. Siyasi islahatlarla paralel şəkildə iqtisadi islahatlarımızın da dərinləşməsi işinə töhfələr verən qanunlar qəbul edilməlidir. Lakin eyni zamanda, hər bir islahat milli ruhu özündə cəmləşdirməlidir. Daha dəqiq desək, milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazasının daha da geniş olması üçün tələb edilən bütün zəruri qərarlar verilməli, addımlar atılmalıdır.
Azərbaycan sosial dövlətdir və son illərdə atılan btün mütərəqqi addımlar bunu kifayət qədər isbatlayır. Hesab edirəm k, minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Habelə, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Daha bir mühüm reallıq ölkəmizdə aparılan gənclər siyasəti ilə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir, bu zaman əminlikə deyə bilərik ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Təbii ki, gənclər bizim gələcəimizdir və gəncliyin inkişafı gələcəyimizin inkşafı deməkdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilmələri istiqamətində qanunvericilikdə ardıcıl addımların atılması mütləqdir. Ən əsası isə, qarşıya qoyulan məqsədlərimizdən biri də gənclərimizin milli ruhda tərbiyə almalarına xüsusi diqqətin ayrılması, onların xarici təsir altına düşməmələri üzərində çevik tədbirlərin görülməsi olmalıdır.
O da sirr deyil ki, ölkəmizin xaricində Azərbaycanın regional və dünya əhəmiyyətli güc mərkəzinə çevrilməsini istəməyən bir sıra anti-Azərbaycan qüvvələri mövcuddur və bu gün də həmin qüvvələr yenilərini yaratmaq istəyirlər. Artıq sübut edilib ki, yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Bu baxımdan da, yeni beşinci kolon axtarışı gedir. Əlbəttə ki, bu bir yol xəyanət yoludur və yalnız iqtidara qarşı deyil, həm də dövlətçilik maraqlarına qarşı edilən bağışlanılmaz cinayətdir!
Yuxarıda qeyd edilən fikirlərdən həm də belə nəticə hasil etmək olar ki, deputatlar seçicilərinin etimadlarını doğrultmaq üçün fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Artıq yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bu gün aparılan islahatların da mahiyyəti, məğzi də bunlardan ibarətdir.
Həmçinin, beynəlxalq fəaliyyətin də səmərəliliyi artırılmalıdır. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Dəfələrlə isbata yetirilib ki, demokratiyadan dərs vermək istəyənlər özləri demokratiyaya qarşı cinayətlər törədirlər. Özlərinə demokrat deyən qüvvələr bütün dünyanın gözləri önündə sosial və s. təəblərlə küçələrə çıxan dinc nümayişçilərə qarşı zor gücü tətbiq edir, sözün əsl mənasında vəhşilik nümayiş etdirirlər. Bu xüsusda biz jurnalistlərin də əsassız ittihamlarla həbs edilmələrinin şahidlərinə çevrilirik.
Ətrafımızda baş verənlərdən nəticə çıxarmaq bizim ilk işimiz olmalıdır. Bu, həm də bizim deputat olaraq məsuliyyətli fəaliyyətimizə təkan verir. Bu gün deputatlarla yanaşı, hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar. Belə bir qarşılıqlı addımların atılması məsuliyyətləri artıracaq, həm də parlamentimizin vətəndaşlarımızın, seçicilərimizin, bütövlükdə isə cəmiyyətimizin qarşısındakı rolu artacaq.
Bizlərin bir amalı, bir qayəsi var: Azərbaycan həm regionda, həm də müasir dünyamızda dünyəvi dövlət kimi güclənməkdə davam etməli, dünyəvilik prinsipləri daha geniş bərqərar olmalı, radiaklizm təhükələrini birdəfəlik aradan qaldırmalıdır. Əslində, ilkin uğurlar da bəhrəsini verib. Belə ki, Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Çünki əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir və bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Və ən əsası, uğurlu xarici siyasətimizin təməlində dayanan daha bir faktor türkdilli dövlətlərlə əməkdaşlıqdır. Bu əməkdaşlıqda Azərbaycan çox önəmli rol oynayır.
Daha bir reallıq Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimizin mövcud olmasıdır. Yəni Azərbaycan Avropa İttifaqına üzv ölkələrin üçdə-bir hissəsi ilə sıx təmaslar qurub. O cümlədən, qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var, eləcə də müsəlman aləmində böyük nüfuzumuz mövcuddur. Bütün bu kimi amillər isə qarşıdakı perpektivlərimizə işıqlı yol açır. Azərbaycan situativ məntiqdə deyil, reallıq məntiqində öz uğur sözünü deyir və Milli Məclisin də islahatlar siyasətinin tərkib hissəsində önəmlin yer alması bizlərdə qürur hissini daha da artırır.
Məşhur MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü