PDF Oxu

Siyasət

  • 3 551

Şəmkir rayonunda 19 ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib

Şəmkir rayonunda 19 ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib

2022-ci ilin fevral ayının 28-dən mart ayının 6-dək Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının 19 ərazi partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilmişdir. 2022-ci ilin fevral ayının 28-dən mart ayının 6-dək Ələsgərli kənd, F.Salmanov adına şəhər tam orta məktəb, Şəmkir şəhər, 25-saylı Yol İstismar idarəsi, Nərimanlı kənd, C.Rüstəmov adına şəhər tam orta məktəb, Qasmalılar kənd, Atabəy kənd, Fizuli kənd ümumi orta məktəb, Sarıtəpə kənd, Talış kənd, Dəllər qəsəbə, Çinarlı qəsəbə, Mərkəzi xəstəxana, şəhər Poliklinika, N.Gəncəvi adına şəhər tam orta məktəb, Kür qəsəbə, M.Əzizbəyov adına tam orta məktəb, İsgəndərli kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi. Yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yığıncaqların hər birində ərazi partiya təşkilat sədrlərinin hesabat məruzələri dinlənildi. Məruzə ətrafında çıxış edənlər qeyd etdi ki, YAP dövrümüzün ən böyük siyasi partiyasıdır və YAP-ın VII Qurultayı Partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı rolunu oynamışdır. Yığıncaqlarda təşkilati məsələlərə də baxılaraq ərazi təşkilatlarına yeni sədrlər və sədr müavinləri seçildi. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Partiyanın yeni Nizamnamə və Proqramından irəli gələn mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, yeni seçilən tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

Nəzakət

Digər xəbərlər