PDF Oxu

Siyasət

  • 3 429

Şəhid Zaur Cəfərovun ailəsi ziyarət edilib

Şəhid Zaur Cəfərovun ailəsi ziyarət edilib

Yeni Azərbaycan Partiyası Şuşa rayonu üzrə 9 nömrəli ərazi partiya təşkilatının üzvləri Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid Cəfərov Zaur Hüseyn oğlunun ailəsini ziyarət edib.

Ziyarət zamanı öz qanı, canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən igidimizin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib.
Şəhidimiz Vətən müharibəsi zamanı döyüşlər başlayan ilk gündən düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib. Verilən tapşırıqların öhdəsindən layiqincə gələn Şəhid Cəfərov Zaur düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib.

yap.org.az

Digər xəbərlər