Ermənistanın gələcəyini Rusiyasız görməyən ermənilərin sayı günü-gündən artmaqdadır. İndi ermənilərin böyük əksəriyyəti yenə də böyük rus qardaşlarının ayaqları altına yıxılmaq üçün əldən-ayaqdan gedirlər. Müstəqillik, yaxud da suverenlik anlayışı belə işğalçı ölkədə sonuncu yerdədir. Artıq ermənilər öz ölkələrinin müstəqil olaraq qalacağına da, gələcəyinə də inanmırlar və ölkələrini bir daha Rusiyanın tabeçiliynə atmaq üçün səylərini əsirgəmirlər. Bu həm erməni xislətinin, vətənsiz insanların xislətinin təzahürüdür, həm də istənilən bir ölkə vətəndaşı üçün çox iyrəncdir.
Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya qarşı az qala bütün sivil dünya birləşib, işğalçılığa qarşı səsini qaldırır, amma Ermənistan, qondarma da olsa bir dövlət olaraq işğalçını dəstəkləmək üçün hər addıma əl atır. Doğrudur, bəzi ermənilər düşünürlər ki, Qərblə bir sırada durmaq Ermənistana hər zamankindən daha çox indi lazımdır. Amma belə düşünənlər də hətta haqqın, ədalətin tərəfində olmaq üçün bu qənaətdə deyillər və onlar üçün Ukraynanın, ya da ukraynalıların haqlı mövqelərini müdafiə etmək zərrə qədər maraqlı deyil. Xeyir, başqa səbəblər var və bu da yenə erməni simasızlığını ortaya qoyur. Ermənistan cəmiyyətində Azərbaycanın haqq işinə, haqlı mübarizəsinə dəstək verən ukraynalılara qarşı bir nifrət hissi var, amma onların mövqeyini müdafiə etmək fikirləri də dolaşmaqdadır və bu fikirlər ədalətdən deyil, yalnız simasızlıqdan irəli gəlir. Maraqlıdır ki, Ermənistan mediası açıq-aşkar yazır ki, ukraynalılar bu gün rusların onlara etdiklərinə layiqdirlər və o zaman bu mövqe sərgiləmək niyyəti nəyə hesablanıb? Bu, erməni hiyləgərliyidir və vəziyyətə görə yaltaqlanmaqdan başqa bir şey ola bilməz. Çünki, Qərbin bu vəziyyətdə kimin onların tərəfində, kimin isə Rusiyanın şər imperiyası ilə bir yerdə olduğunu diqqətlə izləməsi ermənilər bərk qorxudur. Nəzərə almaq lazımdır ki, eyni zamanda, müxtəlif ölkələrin cəmiyyətlərindəki əhval-ruhiyyə də izlənilir və bu gün rusların, Rusiyanın himayəsindən məhrum olmaq qorxusu yaşayan ermənilərin böyük əksəriyyətinin işğalçının tərəfində olduğunu görməsindən dolayı da ermənistan cəmiyyətinin həyacan keçirdiyi aydın şəkildə görünür.
Bəli, rəsmi İrəvan indiyə qədər hiyləgərcəsinə iki cəbhə arasında müvazinətini saxlamağı, manipulyasiya etməyi bacarır. Ermənistan bir tərəfdən Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinə səs verir, digər tərəfdən isə, Rusiyanın başlatdığı müharibəyə dəstəyi guya ifadə etmək istəmir. Halbuki, Ukrayna ərazisində əsir düşən Rusiya hərbçiləri arasında ermənilərin də olduğu bəlli olur. Etiraf edilməlidir ki, mövcud şərtlər daxilində bu, mümkün olan maksimum simasızlıq, ikiüzlülükdür. İndi ermənilər Rusiyanı qəzəbləndirməmək və Qərbi özündən uzaqlaşdırmamaq üçün sifətdən sifətə düşür, dondan dona girirlər. Bunu təkcə erməni cəmiyyətində müşahidə etmirik və bütövlükdə Ermənistanın bir dövlət olaraq siyasətində ikiüzlülük hər an özünü göstərir və ermənilərin indiyə qədərki hakimiyyətlərinin hamısı bu məsələdə eyni şəkildə simasızlıq edib.
Ermənistanda çoxsaylı rusiyayönlü beşinci kolon haqqında danışanlar onları guya qınayırlar, amma görünən odur ki, özləri də qərarsızdırlar və istənilən anda onların tərəfinə keçmək adi hal ola bilər. Ölkələrindəki rusiyayönlü beşinci kolonu hədəfə alan ermənilərin fikrincə, onların fəaliyyətləri təhlükəli və məkrlidir. Onlar hər gün Rusiyanı dəstəkləmələri və rus hərbçilərin Ukraynadakı hərəkətlərinə hər mənada haqq qazandırmaları guya ki, Ermənistanda tənqid olunur. Məsələ burasındadır ki, bu fikirlər artıq təkcə media və bloqçularla məhdudlaşmır, onların fikirləri erməni cəmiyyətinə lazımca nüfuz edib. Buna misal olaraq cümə günü Ermənistan Kommunist Partiyasının təşkilatçılığı ilə Rusiyanın İrəvandakı səfirliyi qarşısında keçirilən “Ukraynada faşizm və millətçiliyə qarşı xüsusi əməliyyata dəstək aksiyası”nı göstərmək olar. Belə bəlli olur ki, rusların ukraynalılara qarşı təcavüzü ermənilərin düşüncəsinə görə, faşizm və millətçiliyə qarşı əməliyyatdır, hansıki bu da növbəti erməni simasızlığı, növbəti erməni riyakarlığıdır və bu cəmiyyətin əsl mahiyyətini ortaya qoyur. Bu simasızlara görə, guya Ukraynada millətçilər, faşist qüvvələr Avropa və ABŞ-ın köməyi ilə hakimiyyətə gəldikdən sonra rusdilli əhalinin hüquqlarını tapdalamağa başladılar və onların öz müqəddəratını təyin etməkdən başqa çarələri qalmadı və o vaxtdan başlayaraq 2022-ci ilə qədər Ukraynada bir-birini əvəz edən faşist rejimi uzun illər dinc əhaliyə, öz vətəndaşlarına işgəncə verib, qətlə yetirib. Bu qədər absurd yanaşma və iddia ermənidən başqa kimsəyə məxsus ola bilməz və bunun kökündə böyük rus qardaşlarına yaltaqlıqdan başqa heç nə dayanmır. Kimsə ermənidən ya ədalət, ya da haqq işi uğrunda mübarizə gözləyən deyil və ruslara yaltaqlananların məqsədləri aydındır.
“Rusiyasız Ermənistanın gələcəyi yoxdur”, “Rusiya sizinlədir”, “Rusiya və Ermənistan əbədi olaraq qardaşdırlar” şüarları səsləndirən aksiya iştirakçıları öz ölkələrinin müqəddəratını bu ölkəni Rusiyanın ayaqları altında atmaqla həll etməkdə görürlər, çünki gələcəklərinə, müstəqil olaraq, suveren olaraq mövcudluqlarına inanmırlar. Bu isə, sadəcə olaraq çox iyrənclikdir. İnsanların öz ölkələrinin müstəqil gələcəyinə inanmamaları, ümidsizlik girdabına düşmələri, bunun fonunda da müstəqilliklərindən əl üzmələri, öz ölkələrini yenə də boyunduruq altına atmaları, hətta niyyət olaraq belə, həddindən artıq utancverici bir niyyətdir. Hazırda Azərbaycanın qüdrətli dövlət olması və bunun qarşısında ermənilərin qondarma dövlətlərinin dayana bilməməsi qorxusu ən ali məqam hesab olunan suverenlikdən əl çəkmək kimi iyrənc əmələ belə əl atmağa, öz köhnə simasızlıqlarını bir daha təkrarlamağa erməniləri sövq edir. Bu, əlbəttə ki, Rusiya himayəsindən məhrumiyyət qorxusudur və bu qorxunu yaşayanlar öz ənənələrinə uyğun olaraq simasızlıqlarını ortaya qoymaqdan belə çəkinmirlər.
Təbii ki, bu biabırçı ikiüzlülük və simasızlığa Qərb tezliklə reaksiya verəcək və ermənilərin həmin anda da Qərbə meyl edəcəklərini kimsə təkzib edə bilməz, çünki bu simasızlıqları ilə dəfələrlə rastlaşılıb. Bir sözlə, “Rusiyanın təcavüzkar istəklərinə ermənilərin ictimai dəstəyi” bir hekayə deyil, sərgilənən mövqedir, ermənilərin mövqeyidir və bu da Qərb tərəfindən cavabsız qalmayacaq, hansıki bunu da ermənilər yaxşı bilirlər. Amma hər bir halda yenə də bərk ayaqda rusların ətəyindən tutmaq ənənəsi erməniləri birləşdirən vasitədir və buna öyrəncəlidirlər. Çünki, Rusiya himayəsindən məhrumiyyət qorxusu yaşayırlar və bu himayədən məhrum olduqları zaman yox olacaqları qənaətindədirlər. Məsələ burasındadır ki, bütün dünya nəinki ermənilərin simasızlıqlarının növbəti dəfə şahidi oldu, həm də onların sığındıqları Rusiyanın da Ukrayna ilə apardığı müharibədə uğursuzluqlarla qarşılaşdığını, Rusiyanın böyük güc olmasının bir mif olduğunu gördü. Bütün dünyanın gördüyü və şahidi oldu kimi, ermənilər də bunu görsünlər və bilsinlər ki, əgər sivil ölkə kimi mövcud olmasalar, beynəlxalq hüququn norma və prinsplərinə riayət etməsələr ruslar belə onları xilas edə bilməyəcəklər.