“Rusiya qoşunları Ukrayna ərazisində hərbi silahlar və kasetli raketlərlə yanaşı yerli əhaliyə çətinlik yaratmaq üçün müxtəlif qeyri-qanuni hərəkətlərə yol verirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi də bu hallardan biridir. Onlar əvvəlcə Çernobıl Atom Elektrik Stansiyasının ərazisini işğal etdilər. Lakin burada elektrik enerjisi onsuz da istehsal edilmir. Daha sonra isə Zaparojiya Elektrik Stansiyasının həyətini tutaraq yanğın törətdilər. Bununla da stansiyanın fəaliyyətinə mane olaraq onun normal elektrik enerji istehsal etməsinə imkan vermirlər. Həmçinin ruslar mülki əhalinin, eləcə də Ukraynanın bir neçə istehsal sahələrinin sıradan çıxmasını istəyirlər. Bu kimi addımlar beynəlxalq müqavilələrə və beynəlxalq konvensiyalara tamamilə ziddir. Beynəxalq konvensiyalara görə bu cinayət tərkibi yaradır və bunu edənlər cinayət məsuliyyətinə cəlb olunacaq. Fikrimcə, bu nöqteyi-nəzərdən Rusiyanın apardığı barbar müharibənin tərkibinə cinayət xarakterli hadisələr də daxildir.
sia.az