Qarşıda bizləri növbəti tarixi missiyalar gözləyir
Yeni Azərbaycan Partiyası yarandığı dövrdən müasir zamanımıza qədər şanlı və böyük mübarzə yolu keçib. Bu gün YAP-ın xalqın partiyası kimi tanınması və yalnız ölkəzimdə deyil, həm Cənubi Qafqaz regionunda, həm də Avropa miqyasında nəhəng nüfuza malik olması da isbat edir ki, zamanın tələblərinə və çağırışlarına uyğun formalaşdıran təşkilatımız əldə etdiyi uğur və nailiyyətləri ilə kifayətlənmir. Məhz bu baxımdan, bütün bu və bu kimi digər mühüm faktorlar davamlı tərəqqi gerçəkliyini təcəssüm etdirməkdədir. Bu gün səkkiz yüz minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi, dünyaya səpələnən 50 milyona yaxın soydaşımızın Azərbaycanı doğma diyarı, Ana Vətəni kimi sevməsi məhz həmin müqəddəs amalla bağlıdır.
Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb
YAP xalqın partiyası olaraq istər əvvəlki illərdə, istərsə də hazırda və gələcəkdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ölkəmizin dinamik inkişafına öz müstəsna töhfəsini verəcəkdir.Təbii ki, YAP-ın yeddinci qurultayının qələbə və zəfər ruhunda keçirilməsi də tarixi hadisə olaraq təşkilatımızın səhifəsinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyev cənabları qurultaydakı nitqində vurğuladı: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.Daha bir mühüm amil budur ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı, qərarlar verildi. Onu da qeyd etmək yerinə düşərdi ki, partiyanın əvvəlki Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Lakin buna baxmayaraq, ötən dövr ərzində Yeni Azərbaycan Partiyası çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni Nizamnamədə öz əksini tapıb. Bütövlükdə isə, bütün bu kimi uğurlu addımlar partiya həyatında daha çevik idarəetmə mexanizminin formalaşdırılmasına stimullarını verdi.
Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir
Eyni zamanda, tarixi məqam olaraq ən mühüm qərarlardan biri də Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyamızın Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin olunması oldu. O cümlədən, Tahir Budaqovun partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədovun isə partiya Sədrinin müavini təyin edilməsi YAP-ın fəaliyyətində yeni keyfiyyət faktorlarının əsasının qoyulmasında öz uğur sözünü dedi. Belə ki, bu uğurlu təyinatların hər biri qarşıdakı dövrdə ardıcıl nailiyyətlərin əldə olunması baxımından xüsusi önəm daşıyır.Belə ki, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Danılmaz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Eyni zamanda, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib. Beləliklə, Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini təyin edilməsi yeni mərhələdə Yeni Azərbaycan Partiyasının inkişafına təkan verəcək.
Biz Onunla birlikdə güclüyük!
Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu, ötən müddət ərzində partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın yüksək nüfuzu eyni zamanda, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu göstərir. Bu fakt qələbələr partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının timsalında iqtidara böyük inam və etibarın olmasından xəbər verir.6 siyasi partiyanın YAP-a qoşulması faktı isə YAP-ın milli həmrəyliyin təcəssümünə çevrilməsinin bariz təzahürüdür. Belə ki, bu reallıq yeni mərhələdə həm partiyamızın, həm də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyətə malik olacaq. Ümumiyyətlə, partiya rəhbərliyi tərəfindən verilən hər bir münbit qərar Azərbaycanda siyasi sistemin inkişafına, siyasi münasibətlərin sağlam zəmində cərəyan etməsinə və dialoq mühitinin genişləndirilməsinə xidmət göstərir.Artıq biz əəminliklə deyə bilərik ki, yüksək etimada əsaslanan yüksək keyfiyyətli partiya idarəçiliyi gələcəkdə də ictimai-siyasi proseslərin milli maraqlar əsasında cərəyan etməsinə və Azərbaycan demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə, milli həmrəyliyin daha da güclənməsinə xidmət edəcək.Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir məmləkətin, sülhü, sabitliyi, tolerant, multikultural, ümumbəşəri dəyərləri, humanist prinsipləri həyat tərzinə çevirən, müxtəlif xalqların dostluğuna, qardaşlığına, dinlərin, mədəniyyətlərin sivilizasiyaların dialoquna nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin – Odlar Yurdu Azərbaycanın hakim partiyasıdır. Onun başında hər bir azərbaycanlının Prezidenti, Müzəffər Ali Baş Komandan dayanır. Biz Onunla birlikdə güclüyük! O, xalqın arxasında dayandığı kimi, xalq da ona arxalanır, ona inanır, ona güvənir, ona etibar edir, etimad göstərir.
Füzuli ABDULLAYEV,
YAP Ağsu rayon təşkilatının sədri