Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı Xaçmaz ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaq protokol qaydasına uyğun şəkildə, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib və qərarlar qəbul olunub.YAP Oğuz rayon təşkilatının Xaçmaz kənd ərazi partiya təşkilatının sədri Teymur Atakişiyev hesabat məruzəsi ilə çıxış edib. Dinlənilən məruzə qənaətbəxş hesab edilib və Atakişiyev Teymur Yusif oğlu sədr, Çələbiyev Vahid Vəzir oğlu sədr müavini seçilib.YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, partiyanın tarixi, gördüyü işlər və partiyada olan dəyişikliklər barədə, yeni Nizamnamənin tələblərinə uyğun olaraq, yeni üzvlərin qəbulu və üzvlük haqlarının toplanılması qaydaları barədə ətraflı məlumat verib.Xaçmaz kənd ərazi partiya təşkilatına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.
ZÜMRÜD BAYRAMOVA