“Əgər Rusiya NATO-nun Polşadakı hərbi aerodromuna raket zərbəsi endiribsə bu, təbii ki, Polşaya və NATO-ya qarşı tərəfə cavab vermək hüququnu tanıyır. Həm BMT Nizamnaməsinin 51-ci maddəsinə, həm də NATO müqaviləsinin 5-ci maddəsinə görə NATO cavab tədbirləri görmək hüququna malikdir”. Bunu SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.Onun sözlərinə görə, NATO buna gedər yoxsa yox, bu ayrı məsələdir: “Baş verənlər 3-cü dünya müharibəsinin başlanmasına yol aça bilərmi, sualına gəlincə isə onu deyə bilərəm ki, Rusiyanın hərbi qüvvəsi 3-cü dünya müharibəsinin başlamasına kifayət deyil. Burada pis şey o ola bilər ki, Rusiya ancaq nüvə zərbəsini endirməyə cəhd edə bilər. Yoxsa qalan məsələlərdə Rusiya NATO-ya qarşı çox zəifdir. Nüvə silahını istifadə etməsə Rusiya heç yarım ay belə NATO-ya duruş gətirə bilməz. NATO raket zərbələri və aviasiya ilə qısa müddətdə Rusiyanı ciddi şəkildə çökdürə bilər”.
Müəllif: Gülyana