PDF Oxu

Siyasət

  • 2 701

Ermənilər kömək yox, zərbə gözləyirlər - TƏHLİL

Ermənilər kömək yox, zərbə gözləyirlər - TƏHLİL

Rusiyanın işğalçı Ermənistanla bir yerdə olacağına ümid edənlər, yəni ermənilər dərk etməkdədirlər ki, indi bu onların əleyhinə işləyir. Onlar dərk edirlər ki, Rusiya ilə yalnız yoxsulluqda, ağır yük altında yaşamaq məcburiyyətində, bir də beynəlxalq təcrid olunma müstəvisində bir yerdə olmaq sonda nəsibləri olacaq, daha doğrusu olmaqdadır. İndi Rusiya ilə münasibətlərinin olmasına görə qorxu içində yaşamaqdadır ermənilər. Çünki, bilirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana da güclü bir zərbə deməkdir.

Rusiyaya qarşı sanksiyalar onsuz da bu dövlətə Avrasiya məkanında bir zərbə oldu. İndi bu zərbənin Ermənistana yönələcəyindən ermənilər bərk qorxuya düşüblər. Hətta Ermənistan cəmiyyəti sağ qalmaq təhlükəsi ilə üzləşəcəkləri qorxusu içərisindədir. Təsəvvür edəndə ki, Rusiya kimi qüdrətli bir dövlət bu sanksiyalardan titrəyib, deməli Ermənistan bu təsirlərdən yox ola bilər. Bu qədər sanksiyalara bütün dünya erməniliyinin belə tab gətirə bilməyəcəyi zərrə qədər şübhə doğurmur və bunu elə ermənilərin özləri də yaxşı bilirlər və qorxuya düşmələri də bu səbəbdəndir.

Rusiyada defolt qaçılmazdır. Hətta hesablamalara görə, aprelin sonuna qədər bu baş verəcək. O zaman isə əlbəttə ki, xalqı nəzarət altında saxlamaq çətin olacaq. Bəlkə də heç mümkün olmayacaq. Hətta mövcud durumdan dəhşətə gələn ruslar böyük aclığın yaxınlaşdığını hiss edərək küçələrə çıxa bilirlər. Bu da ölkə daxilində xaos deməkdir. Kim bilir, bəldə də Rusiyada hansısa toqquşmalar, qarşıdurmalar, vətəndaş müharibəsi də ola bilər. Əslində, bu gözləniləndir. Belə bir vəziyyət isə ölkənin tamamilə çökməsi, məhv olması ilə nəticələnə bilər.

Vəziyyətin acınacaqlı olduğunu dərk edənlərin çoxu artıq dünyanın müxtəlif ölkələrinə qaçır. Məsələ burasındadır ki, artıq bir çox ruslar qaçmaq üçün Ermənistanı seçiblər. İndi bu ölkədə, Ermənistanda otellər və kirayə mənzillər həddindən artıq dolub. Yəni, Rusiya Ermənistan ilə heç bir məsləhətləşmə etmədən, sadəcə olaraq, öz müttəfiqlərini fakt qarşısına qoyaraq öz batdığı yerə Ermənistanı da sürükləyir. Guya Rusiya Federasiyası həmrəyliyə görə belə edir, amma reallıq tamam başqa nəticələr vəd edir. Sanki, Ermənistana qarşı sanksiyaların yayılması ərəfəsində erməniləri həyatın dəhşətinə öyrətmək istəyirlər. Bu fonda Belarus artıq sanksiyalar alıb və bu ölkənin də sonu görünmür, qaranlıqdır, baxmayaraq ki, Putin və Lukaşenko dəhşətli yalanlar səsləndirirlər ki, sanksiyalar altında yaşamaq o qədər də çətin deyil. Əslində isə, çox çətindir və buna əhalinin dözəcəyi reallığı əks etdirmir.

Ukrayna ilə müharibədə Rusiyanın kəskin resurs çatışmazlığı var. Eləcə də Rusiya digər ölkələrdən mənəvi dəstək ala da bilmir. Təsəvvür etmək belə çətindir ki, dünyanın “ikinci” ordusu Ukrayna ilə iki həftədən az davam edən müharibədən sonra resurs, insan resursu və texniki baxımdan sıxıntı keçirir. Hətta Sergey Şoyqu elan edib ki, Yaxın Şərq ölkələrindən 16 mindən çox könüllü Donbasa gələ bilər, müstəqillik uğrunda mübarizədə qondarma respublikaya kömək edə bilər. Bu durum əlbəttə ki, Rusiya kimi tanıdığımız bir ölkədə müşahidə edilirsə, deməli Ermənistan üçün dəhşətli nəticələr deməkdir.

Məsələ burasındadır ki, Ermənistan hansı bir dalana dirənəcəyini yaxşı bilir. Bilir ki, Rusiyanı özünə arxa, dayaq seçibsə və mövqeyini də müdafiə edibsə, deməli Rusiyaya dəyən zərbə Ermənistan üçün də gözləniləndir. Daha doğrusu ermənilər böyük rus qardaşlarına dəyən zərbədən birinin də başlarına endiriləcəyini gözləyirlər. Amma rusların bu zərbəyə davamı bəlkə də bir müddət davam edə bilərsə belə, ermənilərin belə bir ümidi belə yoxdur. İndi ermənilər hesab edirlər ki, “cəhənnəmə gedən özünə yoldaş axtarar”, misalında ruslar erməniləri özləri ilə quyunun dibinə sürükləməkdədirlər. Mübahisə etmək niyyətimiz yoxdur, ola bilsin ki, rusların belə bir niyyəti olmaya bilər, amma hər bir halda ermənilərin onlarla bərabər quyunun dibinə düşəcəyi bir reallıqdır.

Hərbi texnikasından tutmuş, ən çox istifadə edilən gündəlik tələbat mallarına qədər ölkəsini təmin etmək üçün Ermənistanın gözünü Rusiyaya dikdiyi yeni bir təzahür deyil. Bütün dünya illər, onillər boyu bunun şahidi olub ki, ermənilər ancaq ruslar sayəsində mövcud olublar və Ermənistanın təminatı da məhz Rusiyanın hesabına reallaşıb. Belə bir sual ortaya çıxır ki, əgər Rusiya özü özünü təmin edə bilmirsə, Ermənistanı necə təmin edəcək? Heç cür. Təmin olunmadığı təqdirdə ermənilər nəyin hesabına mövcud olacaqlar? Ayaqda qalmaq üçün əlində-ovcunda bir şey olmayan dövlət hansı təminatı edə bilər? Bu ölkənin nəyi var axı? Üz tutduqları Rusiya da buna qadır olmadığı halda, imkansız olduğu halda erməni cəmiyyətinin halını təsəvvür etmək çətin deyil. Belə olan halda ermənilərin əyri ağızlarını düzəltmək mümkün olacaqmı və bunun öhdəsindən Ermənistan hakimiyyəti gələ biləcəkmi? Bu hal səfalət içərisində olan işğalçı ölkə üçün bir zərbə deyilmi?

Bir daha xatırladaq ki, Ermənistan sərhədləri yaxınlığında əsl dramatik hadisələr cərəyan edir. Rusiya bir tərəfə, qonşusu İran yaxında İsrail və ABŞ-ın cavab zərbələrinin obyektinə çevrilə bilər. Bu isə o deməkdir ki, tammiqyaslı Üçüncü Dünya Müharibəsi düz ermənilərin başı üzərində başlaya bilər. Bəli, belə bir müharibə artıq Ukraynada daha da qızışır, lakin hələ ki, NATO buna müdaxilə etməyib. Alyans səylə problemin həlli yollarını axtarır. Eyni zamanda alyans Rusiya və İrana öz zəifliyini göstərir, amma bu hələ son deyil. Ukrayna ilə bağlı məsələlər rəsmi Tehranı ruhlandıra da bilər və sərtlik nümayiş etdirmək arzusuna düşə bilərlər. Bu isə yeni bir qaynar ocaq deməkdir və bu məqamda da erməniləri zərbə gözləyir.

Ermənistan dəhşətli bir vəziyyətlə üz-üzədir və çox acınacaqlı durumdadır. Bu ölkənin iki müttəfiqi varsa, ikisi də Qərbin gözündə düşmən görünür. İndi təkcə Rusiya deyil, elə İran da düşmən kimi qəbul olunmaqdadır, hansıki bu ölkələri ermənilər özlərinə kömək edən, yardım göstərən müttəfiq ölkələr hesab ediblər. Bunu elə Qərb də belə qəbul edib, deməli zərbənin biri də Ermənistanın başı üzərinə gəlməkdədir. Əgər Rusiya siyasi və iqtisadi nəticələrlə üz-üzə qalıbsa, deməli Ermənistanın bundan yayınacağını ermənilər ağıllarına belə gətirə bilmirlər. Qərbin gözündə dəhşətli şər olan iki ölkənin, Rusiya və İranın müttəfiqi sayılan Ermənistanın da şər hesab olunması yaxın zamanda özünü biruzə verəcək. Əksər tanınmış politoloqlar, siyasi texnoloqlar açıq şəkildə bildirirlər ki, Putin Rusiyası Ermənistanı quyunun dibinə çəkir. Məsələ burasındadır ki, Ermənistanı quyunun dibinə İranın da çəkmiş olduğunu ifadə edənlər var, amma bu işğalçı ölkə bu zamana qədərki işğalçılıq siyasəti ilə, hansısa dözlətlərdən asılı olması ilə, bunu qəbul etməsi ilə özü-özünü quyunun dibinə salıb, onu çəkməyə eytiyac yoxdur. Eyni ilə gəmi batdığı zaman yaxınlığında olan xırda qayıqları da suyun dibinə çəkdiyi kimi, özünü Rusiyanın, İranın kölgəsinə verən, bu iki böyük ölkənin kölgəsində kölgələnən Ermənistan da ən xırda təlatümlər zamanı qərq ola, hətta yox ola bilər. Ermənistan zərbələrin ona dəyəcyini hər zaman gözləyib, amma görünür bu zaman artıq yaxınlaşıb, hansıki erməni cəmiyyətini də qorxuya salan elə budur. Çox tezliklə yeni formalaşan vəziyyətin Ermənistana necə ağır zərbə vuracağını bütün dünya müşahidə edəcək, amma bunu ermənilər özləri hiss etməkdədirlər. Ermənistan üçün vəziyyət həddindən artıq gərgin hesab olunur, heç kimə arxalana bilmədiklərinin ermənilər fərqindədirlər. Qərbin isə köməyinə erməni cəmiyyətinin zərrə qədər ümidi yoxdur, çünki Ermənistan həm Rusiyanın, həm də İranın rəsmi müttəfidir. Daha dəqiq desək, ermənilər Qərbdən kömək yox, zərbə gözləyirlər. Bir sözlə, Ermənistanın qarşılaşacağı zərbə yaxınlaşmaqdadır və ermənilər vəziyyəti daha dərindən dərk etsələr bilərlər ki, atılıb-düşmək yox, mövcud reallıqlar qarşısında təslim olmaq məcburiyyətindədirlər.

Digər xəbərlər