PDF Oxu

Siyasət

  • 3 164

Azərbaycanın Ermənistana beş şərti: İrəvanın ölüm-qalım dilemması kontekstində ANALİTİK+AKTUAL

Azərbaycanın Ermənistana beş şərti: İrəvanın ölüm-qalım dilemması kontekstində ANALİTİK+AKTUAL

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülhün əldə olunması üçün qarşı tərəfə beş şərt irəli sürdü və bu şərtlərin hər biri əslində 2020-ci ildə əldə olunmuş üçtərəfli bəyanatda da əks olunmaqdadır. Ancaq göründüyü və əvvəlcədən bəlli olduğu kimi, Ermənistan həmin şərətlərə əməl etməyəcəyini bu gün də inadla nümayiş etdirməkdə, məğlub ölkə olmasına baxmayaraq, dolayı və mənasız iddialarını irəli sürməkdədir.Belə olan vəziyyətdə isə Azərbaycanın yalnız bir yolu qalır – Qarabağda antiterror əməliyyatlarının keçirilməsindən başlayaraq digər həll olunmamış problemləri yoluna qoymaq və ümumiyyətlə, ərazi bütövlüyümüzə təhdid kimi kimi qalmaqda davam edən vəziyyəti kökündən dəyişmək.Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə xarici işlər nazirliyinin Azərbaycanın diplomatik mərkəzinə verdiyi cavabından isə yalnız aşağıda qeyd edəcəyimiz nəticələri hasil etmək olar.

Əgər Ermənistan bu dəfə də Azərbaycanın şərt və təkliflərinə qarşı spekulyasiyalı davranış nümayiş etdirəcəksə...
Beləliklə, sülh sazişi ilə bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək prosesin süni şəkildə uzadılmasına hesablanır. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev də 2021-ci ilin dekabrında Brüsseldə mövzu ilə bağlı bənzər fikirlərini bəyan etmişdi, amma nəzərə alsaq ki, bu məhz Ukraynadakı müharibəyə qədər olan müddətdə idi, onda belə nəticəyə gəlmək olar: hazırkı məqamda və yaxın perspektivdə Rusiya ilə Qərbin eyni beynəlxalq platformadakı əməkdaşlıqları mümkünsüzdür, üstəlik, ölü bir quruma çevrilmiş ATƏT-in Minsk qrupu çərçivəsində isə ümumiyyətlə qeyri-mümkündür!Digər tərəfdən, bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla Azərbaycan arasındakı danışıqlarda vasitəçilərə ehtiyacın olmaması ilə bağlı səsləndirdiyi bəyanatını da məhz ATƏT-in Minsk qrupuna tərəf hədəf aldığını söyləmək olar.Daha bir xatırlatmanı da edə bilərik ki, Azərbaycanın Ermənistana tərəf irəli sürdyü beş bəndlik şərtlərində vasitəçilik məsələsi barədə bir kəlmə də olsun yoxdur. Daha dəqiq desək, şərtlər və təkliflər birbaşa Ermənistan rəhbərliyinə çatdırılıb, eyham vurulub ki, müzakirələr yalnız ikitərəfli formatda baş tutmalıdır. Əgər Ermənistan bu dəfə də Azərbaycanın şərt və təkliflərinə qarşı spekulyasiyalı davranış nümayiş etdirəcəksə, onda:
• Ermənistan nəqliyyat blokadasında qapalı vəziyyətdə saxlanılacaq.

• Azərbaycan birtərəfli qaydada ölkənin yeni sərhədlərinin mövqelərini müəyyən edəcək və nəzərə alsaq ki, qarşıdan yaz gəlir, qarlar əriyir, bu zaman prosesin qısa zamanda həyata keçiriləcəyini bəri başdan ehtimal etmək mümkündür.

• Ermənistanın 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarına riayət etməkdən boyun qaçırması, Zəngəzur dəhlizindən Naxçıvana aparmalı olan nəqliyyat dəhlizi məsələsindən üz çevirməsi avtomatik şəkildə Laçın dəhlizin qapadılması məsələsini ortaya çıxarır, həmçinin orada sərhəd-gömrük məntəqəsinin yaradılması faktorunu zərurətə çevirir. Nəticədə Qarabağdakı erməni separatçılarının nəfəs boruları kəsilir və eyni zamanda, Azərbaycanın öz ərazilərində hərbi təlimlər (yaxud antiterrror əməliyyatları-R.R.) keçirməsi məsələsi də gündəmə keçə bilər.

Azərbaycanın irəli sürdüyü şərtləri heç də uzunmüddətli deyil, əksinə, qısamüddətlidir, müvəqqətidir!
Artıq bunları, yəni olacaqları, yaxud başına gələ biləcəklərini yaxşı bilən Nikol Paşinyan yenidən 44 günlük müharibədə olduğu kimi panik vəziyyətdə Qərb ölkələrinin liderlərinə telefon zəngləri etməyə başlayıb. Məlum olub ki, ABŞ-ın dövlət katibi Blinkenə zəng etdikdən sonra o, Kanadanın baş naziri Trüdoya da telefon açıb.Yerdə qalanların da kimlər olacağını bəlli etmək çətin deyil – Fransanın prezidenti, Lüksemburqun və bəlkə də Niderlandın liderləri. Təbii ki, buraya Avropa Parlamentinin spikerini də əlavə etmək mümkündür.Ancaq görünən həm də budur ki, Azərbaycanın irəli sürdüyü şərtləri heç də uzunmüddətli deyil, əksinə, qısamüddətlidir, müvəqqətidir!
Ermənistan üçün vaxt geriyə işləməyə başlayıb
Təbii ki, bu məqam da erməni rəhbərliyinin diqqətinə çatdırlıb. Görünür, ona görə də özlərini “ülgücləməyə”, yaxud yaxa-başlarını “cırmağa” başlayıblar.Artıq Ermənistan üçün vaxt geriyə doğru və sürətlə istiamət alıb. Reallıqda İrəvanda da başa düşürlər ki, Azərbaycanın qaz və neft kəmərləri, dəmir yolu infrastrukturları Avropa İttifaqı üçün həm əhəmiyyətli, həm də strateji xarakter alıb və belə olan halda avropalıların Azərbaycana qarşı hər hansı əks addım atması da ümumiyyətlə mümkünsüzlüyə çevrilir.Paşinyan isə növbəti dəfə öz vəziyyətini gərginləşdirir. Bu gün onun və ətrafının qonşuları ilə dil tapıb, fikirlənini uzlaşdırmaları yerinə minlərlə kilometrlərlə kənardan siyasi himayədarlar axtarması çox gülünc görünür.

Rövşən RƏSULOV

Digər xəbərlər