PDF Oxu

Siyasət

  • 2 545

YAP daim yeniləşən və inkişaf edən partiyadır FOTOLAR

YAP daim yeniləşən və inkişaf edən partiyadır FOTOLAR

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının hesabat-seçki iclasları davam edir

16 mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Amankənd 1 saylı və Amankənd 2 saylı kənd ərazi partiya təşkilatlarında hesabat-seçki iclasları keçirildi. İclasdan əvvəl kənd qəbirstanlıqında dəfn edilmiş şəhid məzarları ziyarət edildi.İclasda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavinlərinin seçilməsi olmuşdur.Yığıncaqda ərazi partiya təşkilatları sədrlərinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.Yığıncaqda təşkilati məsələyə baxılaraq, Amankənd 1 saylı kənd ərazi partiya təşkilatında Anar İmanov sədr, Yasər Əliyev sədr müavini, Amankənd 2 saylı kənd ərazi partiya təşkilatında Vaqif Talıbov sədr, Şahbaz Şükürov isə sədr müavini seçildilər.İclasda yekun nitq söyləyən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi.

Ötən ilin mart ayında Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K.Qurbanlı ötən hesabat dövrü ərzində ƏPT-nın fəaliyyəti ilə baglı fikirlərini bildirdi. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Rəfiqə

Digər xəbərlər