16 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində çalışan YAP üzvlərinin qeydiyyatda olduğu Ərazi təşkilatında Hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və YAP Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov iştirak edib.Yığıncağı YAP Ərazi təşkilatının sədri Emil Məcidov açıb.YAP üzvləri öncə Yeni Azərbaycan Partiyasının, müasir, müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu uğrunda və Vətən Müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar edilib.Yığıncağın gündəliyi, reqlamenti təsdiq edilib.Sonra YAP Ərazi təşkilatının sədri Emil Məcidov Hesabat məruzəsi ilə çıxış edərək partiyanın qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb. YAP üzvlərinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, ölkədə, o cümlədən Şirvan şəhərində ictimai-siyasi sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın təmin edilməsi, xalq-iqtidar birliyinə nail olunması sahəsində həyata keçirilən tədbirlərdən, şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərindən bəhs edib.Yığıncaqda çıxış edən YAP üzvləri partiyanın yarandığı dönəmdə, o vaxtlar hakimiyyətdə olan səriştəsiz rəhbələrin dırnağarası xidmətləri sayəsində ölkədə yaranmış xaosdan, anarxiyadan, özbaşnalıqdan, iqtisadi tənəzzüldən, insan-hüquq və azadlıqlarının pozulması hallarından, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təşkilatlanması, tədricən iqtidar partiyasına çevrilməsi, respublikada ictimai-siyasi sabitliyin təmin edilməsi, cəbhədə atəşkəsə nail olunması, həyata keçirilən islahatlar nəticəsində iqtisadi münasibətlərin yenidən qurulması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində görülən geniş miqyaslı işlərdən danışıblar.Tədbirdə çıxış edən YAP Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının VII Qurultayının qərarlarının yerinə yetirilməsindən, təşkilatda aparılan islahatlardan, qarşıda duran vəzifələrdən danışıb. Partiyanın bundan sonra kəmiyyətə yox, keyfiyyətə daha çox önəm verəcəyini vurğulayıb.Yığıncaqda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu bildirib. Partiyanın keçdiyi şanlı inkişaf yolundan, YAP üzvlərinin şəhərin ictimai-siyasi həyatında, şəhərdə aparılan abadlıq-quruculuq işlərində fəal iştirakından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə partiyanın regionda böyük, siyasi nüfuza malik olduğunu, dünyanın aparıcı siyasi partiyaları ilə əməkdaşlıq etdiyini bildirdi. Partiyada aparılan islahatlardan danışdı. Ərazi partiya təşkilatının fəaliyyətini həyata keçirilən islahatlara uyğun qurması istiqamətində tapşırıq və tövsiyələrini verib. Təşkilatın fəaliyyətinə uğurlar arzu edib.Sonra yığıncaqda Təşkilati məsələyə baxılıb.YAP üzvü Emil Məcidov Ərazi təşkilatının sədri, Rafael Nəsirov sədr müavini seçilib.
İqbal MİKAYILOV