“NATO-nun sülh və ya müharibə istəməsi ilə bağlı hələ konkret bir fikir söyləmək çətindir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, çünki NATO Şərqə doğru 1997-ci ildən bəri genişlənir və üzv dövlətlərin sayını artırmaq ilə məşğuldur: “Rusiyanın isə mövqeyi Şərqə doğru genişləndirilmənin dayandırılmasından ibarətdir. ABŞ-ın və NATO-nun siyasi sahədə keçirilmiş danışıqlarla bağlı mövqeyində fikir ayrıseçkilikləri var. NATO-nun genişlənməsi Rusiyanı ciddi şəkildə narahat edir. Təhlükəsizlik zəmanətləri ilə bağlı yüksək səviyyəli görüşlərdə də bu məsələlər qaldırılıb. Rusiya NATO-nun Şərqə doğru genişləndirilməsinin dayandırılması ilə yanaşı, həm də Ukraynanın neytrallıq statusunda mövqeyini bildirməsi əsas istəklər sırasındadır. Çünki Ukrayna NATO-nun üzvü olarsa, artıq Rusiya NATO dövləti ilə həmsərhəd olacaq. Eyni zmanda Ukrayna ərazisində gələcəkdə yerləşdirilən strateji əhəmiyyət kəsb edən raket kompleksləri ilə Rusiyanın böyük şəhərləri kifayət qədər qısa zaman kəsiyində hədəfə çevrilə bilir. Bu baxımdan Rusiya öz təhlükəsizliyini təmin etmək üçün NATO ilə həmsərhəd olmaqdan çəkinir. Bu xüsusda öz hərbi, siyasi doktrinasını qurur. Eyni zamanda NATO-nun da Ukraynaya ciddi siyasi, iqtisadi dəstəyi hiss olunur. Hazırki durumda da hərbi logistika əməliyyatları icra olunur. Rusiya öz qoşunlarını sərhəddən çəkən gündən başlayaraq uzun müddətdir ki, Ukrayna müdafiə silahları ilə silahlanır. Ukraynanın müdafiə qabiliyyətinin artırılmasında NATO iştirak edir. NATO-ya üzv olan ölkələr öz şəxsi heyətindən, keçmiş döyüşçülərindən də ora göndərirlər. Onlar Ukrayna ordusunun tərkibinə daxil olurlar. Bu isə müharibənin daha uzun müddət edəcəyinə də bir işarədir. Sülh ilə bağlı çağırışlar da siyasi gündəlikdə nə qədər aktuallaşsa da yekun qərar əldə etmək mümkün olmayıb. Buna görə Rusiya da, NATO da bağlı istəkləri çağırışları yetərsiz qalır”.
Səbinə Hüseynli