PDF Oxu

Siyasət

  • 2 546

Abil Ağasəfov: “Prezident İlham Əliyevin idmana qayığısı gənclərimizə yeni stimullar bəxş edir” RƏY

Abil Ağasəfov: “Prezident İlham Əliyevin idmana qayığısı gənclərimizə yeni stimullar bəxş edir” RƏY

“Prezident İlham Əliyev cənablarının bir neçə gün əvvəl gənc güləşçilərlə görüşü ilk növbədə, Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir”. Bu fikirləri SİA-ya YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib.Onun sözlərinə görə, Avropa çempionatında komanda hesabında birinci yerə çıxaraq yüksək nəticələr əldə etmiş gənc güləşçiləri qəbul edən dövlətimizin başçısı ölkəmizdə idmanın uğurla inkişaf etdiyini, respublikamızda idman sahəsində həyata keçirilən dövlət siyasətinin idmançılarımızın yerli və beynəlxalq arenalarda qələbələri ilə yanaşı, dövlətimizin qüdrətini nümayiş etdiydiyini vurğuladı və bu amil özünü son illərdə kifayət qədər təsdiq edib: “Bu baxımdan, idmançılarımızın nailiyyətlərini yüksək qiymətləndirən, Azərbaycanda güləşin milli idman növü kimi xüsusi yerə malik olmasını, həm sovet, həm də müasir dövrdə adlı-sanlı güləşçilərimizin yüksək səviyyəli yarışlarda yer qazanaraq Avropa, dünya, Olimpiya çempionu adını qazanmalarını görüş iştirakçılarına xatırladan cənab İlham Əliyev bu ənənələrin gənc nəsil tərəfindən davam etdirilməsinin təqdirəlayiq olduğunu bildirdi”.YAP Qəbələ rayon təşkilatının sədri onu da qeyd edib ki, Prezident İlham Əliyev Avropa çempionatının medalçıları olan gənc güləşçilər arasından yaxın gələcəkdə Avropa, dünya və Olimpiya çempionları çıxacağına əmin olduğunu vurğulamaqla onları növbəti zəfərlərə ruhlandırıb. Lakin dövlətimizin başçısı daha bir faktora da toxunaraq vurğulayıb ki, uğurlu idman zəfərlərimiz dövlətimizin qüdrətinin dünyada nümayiş etdirilməsi üçün ən gözəl vasitələrdən biridir. Belə ki, Azərbaycanda son illərdə keçirilən beynəlxalq səviyyəli mötəbər idman tədbirləri – I Avropa, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Qran-Prisi və digər tədbirlərin Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq idman ictimaiyyəti və federasiyalarının ölkəmizə münasibətinin təzahürüdür: “Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunmuş inamlı Zəfərin idmançılarımızın mübarizə əzminə daha yüksək təsir göstərərək onların yeni-yeni qələbələrə imza atacaqlarına inandığını qeyd etdi. Çünki 30 illik işğala son qoyaraq məğlub edilmiş ölkədən qalib ölkəyə çevrilmiş Azərbaycanı, müzəffər Azərbaycan xalqını təmsil etmək hər bir idmançı üçün qürur yeridir”.Abil Ağasəfov əlavə edib ki, bütövlükdə gənc idmançılarla dövlətimizin başçısının görüşü idmanın digər növləri ilə məşğul olan gənclər üçün də bir stimula, təkana, kütləvi axına çevriləcək: “O cümlədən, Prezident İlham Əliyev cənablarının görüş zamanı səsləndirdiyi konseptual xarakterli fikirləri ümumi milli idman sahəsinin müasir dövrün tələbləri səviyyəsində yenidən təşkil etməsinə zəmin və imkan yaradacaq. Bu, həmçinin görüş zamanı səsləndirilən problemlərin həlli ilə bağlı, xüsusilə bədən tərbiyəsi və idman sahəsində mövcud qanunvericiliyi müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırmaq, idmanın küləviləşdirilməsi, idman infrastuktunun daha da təkmilləşdirilməsi, seleksiya işinin düzgün atılması, idmançıların hüquqlarının müdafiə olunması kimi əhəmiyyətli və konkret addımlar atmalarına dəstək verəcək”.YAP Qəbələ rayon təşkilatının sədri sonda bildirib ki, bütün bu reallıqlar bilavasitə Azərbaycanda idmanın inkişafına, tərəqqisinə və idmançıların həyat şəraitlərinin, sosial həyatlarının daha da yaxşılaşdırılmasına göstərilən dövlət dəstəyinin danılmaz sübutu, münbit gerçəkliyidir.

Rövşən RƏSULOV

Digər xəbərlər