PDF Oxu

Siyasət

  • 2 386

Məqamdır, erməni hiyləsi işə salınmalıdır...

Məqamdır, erməni hiyləsi işə salınmalıdır...

...Məncə, Moskva ilə Bakının dialoqu çərçivəsində vəziyyətin həllini gözləmək sadəlövhlükdür. Ona görə də, “yaranmış problemi” özümüz həll etməliyik. Amma necə və nəynən?

Məsələ bundadır ki, o gün bizim o “əyalət naziri”miz Artak Beqlaryan Azərbaycan Ordusu barədə elə şeylər danışdı ki, inanın, mən hələ də özümdə deyiləm.

Təbii ki, bu gün Rusiyanın səyləri nəticəsində ayaqda durmağımız bütün ermənilər kimi, mənə də bəllidir. Reallığı etiraf etmək lazımdır. Yəni demək istəyirəm ki, Rusiya olmasa, biz də olmarıq. Deyim ki, Beqlaryanın etirafı olmasaydı da, biz ermənilər Azərbaycan Ordusunun çox güclü olduğunu artıq qanmağa başlamışıq.

Belə görünür ki, son günlər bizi qorumaq üçün “artsax” a gələn ruslar daha bizi qorumaq istəmirlər? Bu gün bizim bunu deməyə ”tutarlı əsasımız” var. Çünki biz bu gün rus sülhməramlılarından əvvəlki “nəvazişi” daha görmürük. Baxmayaraq ki, bizim “say-seçmə erməni igidlərimiz” burada bizi qoruyan ruslara “əvəz vermək üçün” Ukraynada “döyüşməyə” getsələr də, bu da hələ ki, elə bir effekt verməyib.

...Odur, o gün bizim o “erməni şərəfliləri”ndən olan Hayk Mamicanyan” yaman gileylənirdi. İndi onun dediklərindən belə başa düşmək olur ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinə operativ nəzarətin daha böyük faizi Türkiyəyə keçib deyə, ona görə də “artsax”dakı vəziyyətin Rusiya və Azərbaycan tərəfləri arasında dialoq əsasında həll olunacağına inanmaq sadəlövhlükdür. Onun dediklərindən belə başa düşülür ki, “...real cavablar Moskva ilə Ankara arasında çox da uzaq olmayan danışıqlar nəticəsində ortaya çıxa bilər”.

...Nə gizlədək, bu gün Rusiyanın gözümüzün qabağında zəiflədiyini etiraf etməliyik. Hətta bizdə bəzi şübhələr də baş qaldırmaqdadır. Uzağa getməyək, iki gün əvvəl Azərbaycan Ordusunun “qədim erməni yaşayış yeri” olan Fərruxda “biz ermənilərə yaşatdıqlarına” diqqət yetirmək kifayətdir(?).

Bizə elə gəlir ki, bütün bu “tamaşanın rejissoru” təkcə Azərbaycan deyil, həm də Rusiyanın özüdür. Çünki, yenə də bizə elə gəlir ki, Moskva, biz ermənilərə görə, nə Ankara, nə də Bakı ilə münasibətlərini korlamaq istəmir.

Bəs, belə olan halda biz bir erməni kimi nə etməliyik? Təbii ki, yeni, özü də bizim “haqq işimizi müdafiə edən” sülhməramlı axtarışına cıxmalıyıq. Bizə görə, belə sülhməramlılar ancaq fransız və amerikalılar ola bilərlər. Çünki hər iki dövlət ATƏT-in Minsk qrupunun üzvləridir. Bundan əvvəl də onlar həmişə bizim qeydimizə qalıb, bizə qahmar çıxıblar. Ona görə də, Xarici İşlər Nazirliyimiz və hökumətimiz onları dərhal “münaqişə zonasına” dəvət etməlidir. Əminəm ki, onlar öz müqavilələrini, ruslardan fərqli olaraq, daha məsuliyyətlə yerinə yetirəcəklər.

Doğrudur, Azərbaycan tərəfi bununla razılaşmaya da bilər. Amma Fransa, lap elə ABŞ da bizə görə israr edər. Azərbaycanı sanksiyalarla hədələyər və Azərbaycan da məcbur olub razılaşar.

...Bəs, biz bu qərarımızı ruslara necə izah edə bilərik, hıy? Amma necə olursa, olsa da gərək ki izahımız rusları qəzəbləndirməməlidir, hətta bu qərarın rusların xeyrinə olduğunu da onlara “başa salmalıyıq”. Amma necə? Hə, bəs erməni hiyləsi nə gündə lazımdır, hıy? Deməli işə salmaq lazımdır.

Ağasəf Babayev

Digər xəbərlər