PDF Oxu

Siyasət

  • 2 068

31 Mart soyqırımı bəşər tarixinin ən qanlı faciələrindən biridir

31 Mart soyqırımı bəşər tarixinin ən qanlı faciələrindən biridir

Hər il mart ayının 31-də Azərbaycan xalqı 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi və amansız qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir. Ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir, mənfur erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli fəaliyyət göstərilir.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan ağrılı mərhələlərini təşkil etmişdir. Bu millətçi-faşist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövlətini yaratmaq olmuşdur. Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və qanlı terrorla müşayət olunan etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bu mənada 1918-ci ilin mart soyqırımı tarixin açılmamış səhifələrindən biridir. Həmin dövrdə milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S.Şaumyan başda olmaqla Bakı bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların sıxışdırılaraq ərazidən çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatır. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.

1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk olaraq atəş açdı. 31 mart səhər saatlarında bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan 31 mart soyqırımı Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Bu soyqırımda daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər. Mart hadisələri əslində bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın, etnik təmizləmə idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR-in Xalq Komissarları Sovetinə yazdığı məktubunda bunu etiraf etmişdi. Xain qonşularımızın azərbaycanlı, türk qanına susayan mənfur xisləti 2007-ci ildə aşkar edilmiş Quba kütləvi məzarlığında özünü bariz şəkildə göstərdi. Quba şəhərinin şimalında, Qudyalçayın sağ sahilində idman kompleksinin tikitisi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq da demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda aşkar etmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut - geyim, əşya tapılmayıb. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burada baş vermədiyi güman olunur: Ermənilər qətliamların üstünü örtmək, törətdikləri qanlı cinayətlərin izini itirmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilindəki quyulara töküblər. Ermənilərin vəhşi mahiyyəti sonrakı mərhələlərdə Azərbaycana qarşı davam edən ərazi iddiaları səbəbindən əmələ gələn toqquşmalarda da özünü əyani şəkildə göstərmişdi. ”Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın hesabatlarına erməni müəlliflərinin özlərinin yazdıqlarına və müharibə iştirakçılarının dediklərinə əsasən təsdiq edilmiş erməni vəhşiliyini sübut edən bir neçə faktı nəzərinizə çatdırmaq istəyirəm:

- Ermənilər əsasən Xocalı şəhərindən əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, ananın bətnindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və s. doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar.

- Əsirin əl-ayağını bağlayıb, dəmir vedrəyə oturdub bağlayır və içərisinə diri siçovul qoyurlar. Vedrənin arxasını deşib siçovulun keçə biləcəyi dəlik saxlayır və əsiri həmin dəliyin üstə saxlayırlar. Sonra vedrəni qızdırırlar və içəridə istidən əriyən siçovul əsirin anus dəliyinə girərək onun daxili orqanlarını yeyir və çölə çıxır.

- Qadın və qızları saçlarından otağın ortasından asır və onun bədəninə tüpürürdülər.

Bu sadalananlar erməni vəhşiliyinin yalnız cüzi bir hissəsidir. Bu faktları sadalamaqda məqsəd ermənilərin iç üzünü, insanlığa sığmayan murdar xislətini bir daha gün üzünə çıxarmaqdır. Erməni faşizminin azərbaycanlılara qarşı yürütdüyü bu cür etnik-işğalçılıq siyasəti tarix boyu davam etsə də, ədalətli qərar yalnız 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı soyqırımı ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əvəzsiz rol oynayıb.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti bu hadisələrin yalnız birinə-1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdini göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu öz üzərinə götürmüşdür. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən və məqsəqyönlü xarici siyasət Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirmiş, onu dünyanın hesablaşmalı olduğu güclü dövlət statusuna yüksəltmişdir. Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin öndərliyində təqribən il yarım öncə verdiyi haqq savaşı isə Azərbaycanın Ermənistanla fərqini bir daha sübut etmişdir. Tarix boyu dəfələrlə ermənilərin soyqırımılarına məruz qalmasına baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində daima humanizm prinsipini əsas götürmüş, müharibəni yalnız əlisilahlı düşmən əsgərinə qarşı aparmışdır. Hətta Gəncənin, Tərtərin, Bərdənin, Mingəçevirin bombalandığı günlərdə belə Ordumuz ancaq cəbhədə savaş vermişdir. Məhz bu əxlaq kodeksi Ermənistanla Azərbaycan arasındakı ən böyük fərqdir. Azərbaycan nə olursa olsun mülki insanları hədəf almır, humanizm prinsiplərindən əl çəkmir, Ermənistan isə hətta indiki sivil dünyada belə tarix boyu göstərdiyi qəddarlığı, faşizm meyllərini kənara qoya bilmir, məqsədinə gedən yolda qadın, qoca, uşaq demədən mülki insanların canına qəsd edir. Ümid edirik ki, özlərini demokratiyanın beşiyi olaraq qəbul edən Qərb dairələri nəhayət bu reallıqlara gözünü açacaq və bəşər tarixinin ən qanlı faciələrindən biri olan 31 Mart Soyqırımına layiqli hüquqi qiyməti verəcəkdir.

İlqar Məmmədli

Pirallahı rayon sakini, tarixçi-jurnalist

Digər xəbərlər