PDF Oxu

Siyasət

  • 2 836

Rusiya istədiklərini almayana qədər müharibəni dayandırmayacaq - POLİTOLOQ AÇIQLADI

Rusiya istədiklərini almayana qədər müharibəni dayandırmayacaq - POLİTOLOQ AÇIQLADI

"İlk dəfədir ki, Rusiya ilə Ukrayna arasında Türkiyədə görüş keçirildi. Burada Türkiyənin rolu danılmazdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında bu günə qədər olan kəskin qarşıdurma bir qədər yumşaq müstəviyə keçdi: "Bildiyimiz kimi bütün münaqişələr danışıqlar yolu ilə həll olunur. Bu danışıqların aparılması üçün də siyasi meydançanı Türkiyə hazırladı. Razılığa gəlməsələr də müəyyən məsələlərdə ən azı ortaq fikirlər formalaşmağa başladı. Rusiyanın irəli sürdüyü əsas tələblərdən biri Avropa İttifaqı ilə bağlı idi. İkincisi isə burada NATO ilə bağlı məsələlər də var. NATO məsələsində də hardasa müəyyən razılığa gələ bildilər. Görüşdə müzakirə olunan məsələlərdən biri də Krım məsələsi idi. Ukrayna hələlik təklif edib ki, 15 il boyunca bu məsələyə qarışmayacaq. Görünən odur ki, bəyan etməsələr də hər iki tərəfin bu cür danışıqalara getməsi olduqca vacibdir.

Rusiya-Ukrayna arasında davam edən münaqişənin nə zaman bitəcəyini proqnozlaşdırmaq çətin olsa da, amma Rusiya istədiklərini almayana qədər müharibəni dayandırmayacaq. Çünki Putinin dünənki çıxışından sonra görünən odur ki, Putin artıq tək Avropaya yox, bütün dünyaya meydan oxuyur".

Arzu Qurbanzadə

Digər xəbərlər