PDF Oxu

Siyasət

  • 3 027

YAP Səbail rayonunda soyqırımı qurbanları anılıb - TƏDBİR

YAP Səbail rayonunda soyqırımı qurbanları anılıb - TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında 31 Mart soyqırımın 104-cü ildönümü münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qeyd edib ki, 31 Mart soyqırımını Azərbaycan xalqının sağalmaz yarasıdır.Onun sözlərinə görə, Azərbaycan xalqı olaraq biz bu hadisəni nəsildən-nəsilə ötürməyi özümüzə borc bilirik: “Erməni millətçiləri bütün tarix boyu Azərbaycan xalqına qarşı daima düşmənçilik siyasəti yürüdüb. Müxtəlif illərdə onlar bir çox hadisələr törədərək günahsız insalarımızı qətlə yetiriblər. Biz bütün bunları unutmamalı və yaddan çıxartmamalıyıq. Ermənilərin tarix boyu azərbaycançılığa qarşı apardığı mənfur siyasət nəticəsində təəssüflər olsun ki, çox zaman istəklərinə nail olublar. Bu hadisələrin içərisində 1918 və 1930 ci illərdə baş vermiş 31 Mart soyqıırmı öz əksini tapır. Bu hadisələr 30 martdan 2 aprelə qədər davam etmiş və bu müddət ərzində tək Bakıda 30 min Azərbaycanlı qətlə yetirilmişdir. Tarixi mənbələrdə əldə etdiyimiz məlumata görə bu hadisələrdə günahsız insanlar qadınlar, qocalar və uşaqlar vəhşicəsinə işğəncə verilərək öldürülmüşdür. Sovetlər dövründə 31 mart soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə və qeyd olunmasına icazə verilməsə də, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdığdan sonra 1998 mart ayının 26-da xüsusi sərəncam vermiş və bu günə qədər də bu ənənəyə sadiq qalaraq 31 mart tarixi ölkəmizdə qeyd olunur. Bu gün dövlət tərəfindən aparılan uğurlu siyasət həmin hadisələrin yaşanmamasına və Azərbaycan xalqının qüdrətinin, gücünün daha da yüksüək səviyyəyə çatmasına şərait yaradır. Biz bunun 2020-ci ilin sentyabrın 27-dən noyabr ayının 10-a qədər gedən 44 günlük müharibədə şahidi olduq”.Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı qeyd edib ki, tarix yaddaşı hər bir millətin yadda qalması üçün önəmlidir.Onun sözlərinə görə, 20-ci əsrdə Azərbaycan xalqının Türk müsəlman dünyasında böyük dövlətçiliklə bağlı uğurları olsa da, həmin faciələrlə bağlı bir qan yaddaşı var: “Bu qan yaddaşının yadda qalması və gələcək nəsillərə ötürülməsi üçün əhəmiyyətlidir. Müasir dünyada tək döyüş siyasi müstəvidə deyil, eyni zamanda ideoloji müstəvidə də çıxış edir. Bu ideoloji müstəvidə düşmənlərimiz və onun havadarları hər zaman türk dünyasına qarşı soyqırım məsələlərini yönəltməyə çalışıblar. Bu işğal prosesi bizə təkcə işğalçılıq deyil, eyni zamanda faciə gətirdi. Ali baş komanda İlham Əliyevdə işğaldan azad olunmuş ərazilərimizə səfər edərkən hər zaman bildirib ki, biz son 200 il də 44 günlük Qarabağ savaşına qədər heç vaxt torpaqlarımızı qaytarmamışıq”.Tədbirdə daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının fəal gənci Tərlan Ağayev qeyd edib ki, 1918-ci il Mart soyqırımının həm tarixi kökləri, həm daxili şəraitdən,həm də böyük dövlətlərin regionda yürütdükləri siyasətdən doğan səbəbləri var idi.T. Ağayev bildirib ki, soyqırımın kökləri, hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirmək üçün özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi. İsti dənizlərə çıxmaq üçün Osmanlı dövləti və İrana qarşı mübarizədə yanında qul psixologiyasına sahib, Şərqi yaxşı bilən, şəraitə tez uyğunlaşmağı bacaran və özünə digər amillər baxımından yaxın hesab etdiyi erməniləri görməsi, onları azərbaycanlı torpaqlarına köçürüb yerləşdirməsi, əlverişli şərait yaradaraq qısa müddətdə varlandırması ilə bütün Cənubi Qafqaz regionunda milli münaqişələrin və sonralar isə baş verən qanlı hadisələrin təməli qoyuldu: “Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütyun və erməni Milli Şurası, erməni ziyalıları, o cümlədən erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, “Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik”. Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Silahlı dəstələr uşaqlara,qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün türk,müsəlman olmaq kifayət edirdi. Soyqırımın gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. ”Açıq söz”, ”Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Mart soyqırımında çoxlu itkilər olsa da, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi. Azərbaycanlılar arasında birlik ideyası daha da güclənmiş və reallaşmışdır. Artıq Azərbaycan xalqı dərk etmişdi ki,onun xilası özünə arxalanaraq öz milli təşkilatının ətrafında sıx toplanmaq və tərəddüd etmədən onun arxasınca getməkdədir. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsuli-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi,müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bir sözlə desək,erməni vəhşiliyinin, qəddarlığının qurbanı olan uşaqların ürək parçalayan nalələri,”kömək edin”-deyib qışqıran,haray salan köməksiz və ümidsiz qadınların yanıqlı səsi,qocaların hönkürtüsü özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində səslənməli,qan yaddaşına ömürlük həkk olunmalıdır. Allah soyqırımı qurbanlarının ruhunu şad etsin.Tədbirin sonunda tarix üzrə fələsfə doktoru Mübariz Ağalarlı YAP Səbail rayon təşkilatının fəal gənclərinin suallarını cavablandırıb.

Banuçiçək Hüseynli

Digər xəbərlər