PDF Oxu

Siyasət

  • 1 915

"Ümidvarıq ki, Rusiya və Ukrayna liderlərinin görüşü baş tutacaq və öz nəticəsini verəcək” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

"Ümidvarıq ki, Rusiya və Ukrayna liderlərinin görüşü baş tutacaq və öz nəticəsini verəcək” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Biz Rusiya-Ukrayna müharibəsinin əvvəlki tempində davam etmədiyini görürük. Əvvəl Ukraynada gedən döyüşlər daha intensiv, daha dağıdıcı idi, indi isə o dərəcədə deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrini Ukrayna ordusu geri alıb: “Bütövlükdə iki ölkə arasında müharibə gedir. Ən yaxşı tendensiyalardan biri də odur ki, burada qardaş Türkiyə sülh yaratmaq missiyasını öz üzərinə götürüb. Bütün bunlar təbii ki, öz nəticəsini verəcək. Çünki biz bilirik ki, bütövlükdə Türkiyə və Azərbaycan regionda, dünyada sülhün tərəfdarıdırlar. Dünyada müharibələrin az və ümumiyyətlə, olmaması böyük bir inkişafın göstəricisidir. Bu xalqların rifahı, biri-birləri ilə diplomatik və mədəni əlaqələrin genişlənməsi deməkdir.

Digər bir tərəfdən əlbəttə, müharibə iqtisadiyyata da öz təsirini göstərir. Biz bunu son zamanlar ərzaq bazarında və digər sahələr üzrə müşahidə edirik. Eləcə də enerji bazarına da öz təsirini göstərir. Sanksiyalar, bu kimi hər hansı proseslər o qədər də effektli vasitələr deyil. Hər iki dövlət rəhbərlərindən sülh danışıqları aparmaları gözlənilir. Hazırda da Türkiyədə hər iki dövlətin prezidentlərinin görüşləri gözlənilir. Ümidvarıq ki, bu görüşlər baş tutacaq və öz nəticəsini verəcək”.

Səbinə Hüseynli

Digər xəbərlər