PDF Oxu

Siyasət

  • 1 856

YAP Sabunçu rayon təşkilatında soyqırımı günü ilə əlaqədar görüş keçirilib FOTOLAR

YAP Sabunçu rayon təşkilatında soyqırımı günü ilə əlaqədar görüş keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sabunçu rayon ağsaqqalları, müharibə, əmək və silahlı qüvvələr veteranları ilə görüş keçirmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxış edərək qeyd etmişdir ki, tarixin müxtəlif dövrlərində erməni millətçiləri yalanlar üzərində qurulmuş “Böyük Ermənistan” arzusunu reallışdırmaq üçün Azərbaycan xalqına qarşı dəhşətli faciələr törətmişlər.

Bu faciələr arasında ən ağrılı hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər ətraf bölgələrdə törədilən soyqırımlardır. Azğınlaşmış erməni millətçiləri Bakı Sovetinin rəhbərliyi altında, daşnak-bolşevik silahlı dəstələrinin iştirakı ilə dinc əhaliyə qarşı kütləvi şəkildə qırğınlar həyata keçirmişlər. Bu amansız qətliamların əsas məqsədi Azərbaycan xalqını öz dəbə-baba torpaqlarından didərgin salmaq üçün etnik təmizləmə siyasəti apararaq əhalini soyqırımlara məruz qoymaq olmuşdur.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu addım 31 mart soyqırımı faciəsinin geniş şəkildə araşdırılması və beynəlxalq ictimaiyyət qarşısında daha fəal şəkildə həqiqətlərin çatdırılması baxımından başlanğıc nöqtəsi oldu.

Allah vətən uğrunda canını fəda edən və qətl edilən bütün soydaşlarımıza rəhmət eləsin. İnanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız Zəfərdən sonra vətən uğrunda canlarından keçən və faciəli şəkildə qətlə yetirilən bütün azərbaycanlıların ruhları şaddır.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Rəfiqə

Digər xəbərlər