PDF Oxu

Siyasət

  • 2 414

Milli Məclisinin nümayəndə heyəti Müstəqillik abidəsini ziyarət edib - FOTOLAR

Milli Məclisinin nümayəndə heyəti Müstəqillik abidəsini ziyarət edib - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 1-də Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət edib. SİA-nın verdiyi məlumata görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Sonra Azərbaycan nümayəndə heyətinə park kompleksi və burada görülmüş işlər haqqında məlumat verilib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri kompleksdə yaradılmış və Özbəkistanın tarixi şəxsiyyətlərinə həsr olunmuş panno ilə tanış olublar.

Digər xəbərlər