Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün perspektivlər açılıb.
Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova aprelin 5-də parlamentin plenar iclasında deyib.
“Azərbaycan üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir. Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməli və münasibətlərin normallaşmasına çalışmalıdır. Biz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan hələ də cavab gözləyirik”, - deyə Sahibə Qafarova bildirib.
yap.org.az