PDF Oxu

Siyasət

  • 3 322

11 aprel – Xalqın Prezidentinə güvənini bir daha müəyyənləşdirdiyi tarix ŞƏRH

11 aprel – Xalqın Prezidentinə güvənini bir daha müəyyənləşdirdiyi tarix ŞƏRH

Hər bir xalqın yüksəliş salnaməsində, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Həmin şəxsiyyətlərin öz xalqı, dövləti üçün misilsiz xidmətləri əsrlərin və nəsillərin yaddaşına əbədi həkk olunub. Azərbaycanı tarixin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll edərək adını tarixə qızıl hərflərlə yazdıran İlham Əliyev məhz belə liderlərdəndir. 11 aprel 2018-ci il tariximizin növbəti mühüm dönüş nöqtəsinə, yeni parlaq səhifəsinin ilk sətirlərinin yazıldığı günə çevrildi. 11 apreldə keçirilən prezident seçkilərində xalqımız inandığı, sevdiyi şəxsiyyətə - İlham Əliyevə yenidən möhtəşəm güvəncini nümayiş etdirərək ən ali postu ona həvalə etdi. Bu şanlı missiyanın başlanğıc mərhələsi isə 2003-cü ilin 15 oktyabrı idi. Vətəndaşlarımız İlham Əliyevi öz rəhbəri seçərək milli dövlətçilik tarixinin daha bir doğru qərarını verdi, 15 oktyabr gününü tale gününə, əsrə bərabər gününə çevirdi. O gündən keçən 18 il ərzində Prezident İlham Əliyev əslində, lider böhranının yaşandığı müasir dünyamızda öz şəxsi nümunəsi ilə yeni dövrün əsl liderinin, kamil dövlət adamının mükəmməl obrazını yaratdı və Azərbaycana rəhbərlik etdiyi illərin hər günü bu dövlətə, bu cəmiyyətə qazandırdığı nailiyyətlərlə mahiyyətcə əsrə bərabərdir. Onun hakimiyyət dövrü Azərbaycanın dinamik inkişaf, sürətli modernləşmə mənzərəsidir. 18 illik tarixi təcrübə bunu təkrar-təkrar sübuta yetirib. Prezident İlham Əliyev ölkəmizin milli mənafelərini hər zaman, hər yerdə, bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Bütün məsələlərlə bağlı Azərbaycan Prezidentinin öz fikri, öz sözü, öz mövqeyi var! Bu, eyni zamanda Azərbaycan xalqının fikridir, sözüdür, mövqeyidir! Bütün qərarlarında o, xalqın rəyini ifadə edir, vətəndaşlarımızın dəstəyinə güvənir.“Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” - Prezident kimi ilk andiçmə mərasimində cənab İlham Əliyevin ölkə vətəndaşları qarşısındakı əsas sözü bu olmuşdu. O, 18 ilin hər günündə bu sözünü tutdu. Nəinki hər bir vətəndaşımızın, özünü Azərbaycana bağlı sanan hər kəsin ümid yerinə çevrildi. İnsanlarımızın təhlükəsizliyi, firavan həyatı, inkişafı məramı ilə gördüyü işlərdən, atdığı ardıcıl addımlardan cəmiyyətimizin hər bir üzvü bəhrələnə bildi və bəhrələnməkdədir. Dörd il öncə, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin xalqın 86,02 faizinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi məhz bu sevginin, inamın əyani təzahürü idi. Xalq növbəti dəfə İlham Əliyevi alternativsiz lider kimi qəbul edərək onu özünə rəhbər seçdi və bu günədək baş verən proseslər xalqın seçiminin nə dərəcədə doğru olduğunu göstərdi.Bu gün ölkəmizdə gedən prosesləri izləyən və bu proseslərə vicdanla yanaşan hər bir siyasətçi etiraf edir ki, Azərbaycan cəmiyyətində demokratiyanın təməl prinsipləri mövcuddur və yaradıcılıqla inkişaf etdirilməkdədir: “Aşkarlıq, şəffaflıq, söz, mətbuat, etiqad azadlıqları Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş və dövlətimizin fəaliyyətinin prioritet cəhətlərindən biri kimi vətəndaşların həyatında əksini tapmaqdadır. Bu seçkilər həm də onu sübut etdi ki, bu gün Azərbaycanda cənab İlham Əliyevin qarşısına rəqib kimi çıxmağa, onunla seçki yarışına girməyə hazır olan siyasətçi yoxdur. Elə Cənab İlham Əliyevin 3 milyon 397 min 664 (86.03 faiz) seçicinin səsini qazanması bunu təsdiqləyən faktdır.

BAŞ SƏRKƏRDƏNİN TARİXİ ZƏFƏRİ
Ən nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyev verdiyi vədi gerçəkləşdirdi. Dörd il öncə andiçmə mərasimində Prezident bəyan etdi ki, Azərbaycan xalqı heç vaxt bu işğal faktı ilə barışmayacaq və torpaqlarımız düşmən tapdağından azad ediləcək. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq. 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi düşmənə tarixinin ən ağır zərbəsini vurdu. Düzdür, bu savaş zamanı Azərbaycana böyük təzyiqlər də göstərildi. Ancaq qətiyyətli siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi. Dövlət başçısı əldə olunan Qələbə zamanı xalqa müraciətində də bildirmişdir ki, Azərbaycanda bundan sonra da Heydər Əliyevin siyasətini davam etdirəcək: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq! Məhz hər sözü, hər vədi reallığa çevirən hər bir azərbaycanlı dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, öz dövləti, öz Prezidenti və Onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Çünki 28 illik “kaş ki...” arzularımız reallaşdı. Xüsusilə də, Novruz tonqallarımız arzusunda olduğumuz Şuşamızda, Cıdır düzündə qalandı. Bu xoşbəxtliyi, bu qüruru qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi verdi və Azərbaycanın yeni və möhtəşəm tarixini yazdı. Müdriklərin fikirlərinə görə, «rəhbərin ən böyük qələbəsi xalqın etimadı, inamı və sevgisidir». Bəli, Azərbaycan xalqı 11 aprel prezident seçkilərində alternativsiz liderinə olan böyük inam və sarsılmaz dəstəyini bir daha nümayiş etdirdi. Bir sözlə, 2018-ci il aprelin 11-də böyük etimad göstərərək İlham Əliyevi özünə lider seçən xalq bir daha seçimində yanılmadığını gördü. Hər bir vətəndaş əmin oldu ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev ölkəmizi daha parlaq gələcəyə aparacaq alternativsiz liderdir. Azərbaycan xalqı əmindir ki, onun taleyi etibarlı əllərdədir, sabahımız bu günümüzdən daha gözəl və firavan olacaqdır.Cənab Prezidentimiz İlham Əliyevə uğurlar diləyir, Onun apardığı siyasəti dəstəkləyir və hər zaman birlikdə olduğumuzu bəyan edirik.
ZƏRİFƏ QULİYEVA,
"Modern ailə və inkişaf " İctimai Birliyinin sədri

Digər xəbərlər