11 aprel 2018-ci il Prezident seçkilərində Azərbaycan xalqı yenidən Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə səs verməklə ölkəmizdə dayanıqlı iqtisadi-inkişafa, tərəqqiyə, sabitliyə, demokratiyaya, azad Qarabağa səs vermiş oldu. Qədirbilən xalqımız Yeni Azərbaycan Partiyasının siyasi kursunu bəyənərək ölkəmizin inkişafını, işğal altında olan torpaqlarımızın azadlığını təmin etdilər. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının yaxşı yaşaması üçün namizədliyi dövründə verdiyi bütün sözləri tutaraq ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması üçün mümkün olan islahatları həyata keçirməyə nail oldu. Ən əsası Prezident İlham Əliyev bütün xarici səfərlərində, bütün görüşlərində Ermənistan-Azərbayacan Dağlıq Qarabağ probleminin Azərbayacanın sərhədlərinin tanınması çərçivəsində sülh yolu ilə həll olunması, lakin bu mümkün olmadığı halda digər alternativ yollarla işğal altında olan torpaqlarımızın azad olunacağını bildirməsi oldu. Prezidentliyi dövründə digər sahələrin inkişaf etdirilməsi ilə yanaşı, Ordu quruculuğunun inkişaf etdirilməsini daim diqqətdə saxlayan Ali Baş Komandan 2020-ci ilin sentyabr ayının 27-də inkişaf etmiş, müasir silahlarla təmin olunmuş müzəffər Azərbaycan Ordusuna əks hücum əməliyyatının keçirilməsi, torpaqlarımızın işğaldan azad olunması üçün müvafiq əmr verdi. 44 gün ərzində işğal olunmuş torpaqlarımız işğaldan azad olundu. Məhz cənab İlham Əliyev itirilmiş, işğala məruz qalmış torpaqların düşməndən geri qaytarılması ilə Azərbaycan hərb tarixində ilkə imza atan Ali Baş Komandan oldu.Artıq işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Ölkə Prezidentinin işğaldan azad olunmuş torpaqlarımıza tez-tez səfərləri, genişmiqyaslı layihələrin həyata keçirilməsi, qayıdış proqramının hazırlanması vaxtı ilə məcburi köçkün düşmüş əhalinin tez bir zamanda müqəddəs yurd yerlərimizə qayıtmasına stimul verir.Azərbaycan xalqının iradəsini əks etdirən 11 aprel 2018-ci il Prezident seçkilərində parlaq siyasi qələbə qazanmış İlham Əliyev verdiyi sözlərə əməl etməsi ilə xalqının rəğbətini qazanmış dünya liderlərindən biridir.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri