Beynəlxalq ekpert Anar Əliyevin SİA-ya verdiyi müsahibəni təqdim edirik.
- Aprelin 6-da Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev və erməni baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bu görüşdən gözləntilər nədən ibarətdir?
- Brüsseldə keçiriləcək görüş lazımdır və ciddi əhəmiyyət kəsb edir. Bu platforma çərçivəsində artıq Ermənistan və Azərbaycan liderlərinin ikinci görüşü olacaq. Bildiyiniz kimi dekabrın ayının 14-də Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Həmin görüşdə Ermənsitanın üzərinə ciddi öhdəliklər qoyulmuşdur. Təəssüf ki, Ermənistan tərəfi bir çox platformalarda manevrlər edərək, öz maraqlarına xidmət edən nəticələr əldə etməyə çalışır. Lakin istədikləri kimi nəticələr əldə edə bilməyəndə üzərlərinə düşən öhtəliklərin həyata keçirilməsi ilə bağlı real addımlar atımır. 2020-ci il 10 noyabr tarixində Ermənistanın üzərində bir sıra beynəlxalq platformalarda öhdəliklər qoyulmuşdur. Bunlara Azərbaycan ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, müxtəlif istiqamətlərdə kommunikasiya xətlərinin açılması, iki dövlət arasında sərhədlərin derimitasiyası məsələsini misal göstərmək olar. Lakin Ermənistan bunların heç birinə sadiq qalmayıb. Ümid edirəm ki, keçiriləcək görüşdə Ermənistan üzərinə daha çox öhdəliklər qoyulmasından daha çox Ermənistanla sülh məsələsinin tənzimlənməsi və əldə olunmuş kövrək sülhün daha da möhkəmləndirilməsi ilə bağlı üzərinə götürüldüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı vaxt qoyulmalıdır. Çünki Ermənistan özünü beynəlxalq hüquqdan üstün tutur və ona verilən tapşırıqları ciddi hesab etmir. Bunlar onu göstərir ki, Paşinyan və onun komandası qeyri-ciddidir. Onlara elə gəlir ki, beynəlxalq öhdəlik götürmək çox asandır.
-Brüssel görüşü öncəsi Rusiya prezidenti ilə də müzakirəlrə aparılıb. Prosesin müsbət sonluqla bitməsi üçün bu cür təmaslar nə dərəcədə önəmlidir?
Ermənistanın beynəlxalq platformalarda qınanılması onların simasız və yalançı olduğlarını bir daha bütün dünyaya göstərir. Brüssel görüşü öncəsi Rusiya prezidentinin Azərbaycan və Ermənistanın baş naziri ilə telefon danışığı onu göstərir ki, Rusiya Cənubi Qafqazda proseslərin dominantı rolunu əldən vermək istəmir. Dünya ölkələri Rusiyaya qarşı vahid cəbhədə yerləşib mübarizə apardığı zamanda Rusiya Cənubi Qafqazda proseslərin tənzimlənməsində maraqlı deyil. Baxmayaraq ki, Qarabağ bölgəsində genişmiqyaslı problemin yaranmasını da istəmir. Lakin Azərbaycan dövləti hər hansısa bir dövlətin maraqlarını nəzərə alıb hərəkət etməyib. Biz hər zaman Azərbaycan xalqının maraqlarından çıxış etmişik. Ermənistan tərəfi artıq atılan addimlarının özünə zərərli olduğunu dərk etməlidir. Əks halda Azərbaycan ordusunun Qarabağda növbəti yerdəyişməsi baş verəcək və Azərbaycan bayrağı növbəti yüksəklikdə dalğalanacaq.
-ATƏT-in proseslərdə yer almaq imkanı nə dərəcədə realdır?
- ATƏT indiki vəziyyətdə real bir platformadır. Ermənistan Azərbaycan arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupu məşğul olurdu. Təəssüf ki, onların uzun illərə söykənən fəaliyyətsiz və səmərəsiz davranışlarının nəticəsi olaraq Azərbaycan dövləti özü bu problemi həll etmək gücündə qaldı. İndiki halda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, ATƏT-in rolu artıq bitib. Geopoletik vəziyyətdə Avropa və Amerikanın Rusiyaya qarşı olduğu bir dönəmdə Minsk qrupunda bu 3 dövlətin birgə fəaliyyəti artıq sual doğurur. Ona görə də ATƏT-in Minsk qrupunun bu proseslərdə iştirak etməsi realığını itirib.
- Paşinyanın məntiqsiz “Qarabağ olan silahlılar oradakı erməni əsilli insanların təhlükəsizliyini təmin etmək üçündür” açıqlaması nəyə hesablanıb?
- Paşinyan çıxışında adı hallanmayan və müzakirəsi getməyən məsələlər barədə danışıb. Bu məsələlər arasında qeyd etdiyiniz cümlə də yer alıb. Bu fikirlərin hər biri yalnışdır. Bunlar erməni və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Çünki Qarabağdakı ermənilərlə Azərbaycan vətəndaşlarının birgə yaşayışın təmin olunması və etimat mühitinin formalaşması məsələsinə Azərbaycan dövləti 10 noyabr bəyənatı ilə bildirmişdir.
- Sizcə, erməni baş nazirin bu açıqlamasına səbəb nədir?
- Azərbaycan Ermənistanı daima təziq altında saxlayır. Həm beynəlxalq platformalarda, həm ümumiyyətlə, bütün danışıqlarda. Sülh gündəliyini hazırlayan tərəf Azərbaycandır. Təbii ki, Ermənistan çalışır ki, müxtəlif platformalarda bizi gözdən salsın. 6 aprel görüşünün gündəliyinə yeni elementlər qatır. Azərbaycanın atdığı adddımlar Ermənistanı bir çox məsələlərdən kənar qoyub. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın atdığı uğurlu addım bir gedişlə Ermənistanın bir sıra məsələrdən kənarlaşdırılmasına səbəb ola bilər. Dünən Tovuz istiqamətində atəşkəsi pozaraq müxtəlif təxribatlar törədirlər. Bunların hamısı onun göstəricisidir ki, Ermənistan tərəfi ardıcıl fəaliyyət göstərməyi bacarmır. Bunların hər biri erməni xislətindən irəli gəlir. Həmçinin Ermənistan cəmiyyətində mövcud hakimiyyətə qarşı kifayət qədər əks qüvvələr mövcuddur. Təbii ki, özünü revanşist adlandıran qruplar həmin hərəkətləri Ermənistan xalqını düşünürək etmir. Həmin qüvvələr kifayət qədər sosial bazaya malikdir. Bunun nəticəsində Ermənistan zaman-zaman daxili auditoriyaya bəzən isə realıqlara əsaslanmış fikirlər səsləndirir ki, Ermənistanda olan sakitliyi təmin edərək, öz hakimiyyətini qoruyub saxlaya bilsin.