Levan Pesvianidze: “Seçim qarşısında qalan Gürcüstanın neqativ reaksiyası olacaq: ya neytrallığın saxlanılması ilə münasibətlərin normallaşmasına doğru tədricən irəliləmək, Rusiyanın təsir dairəsinə və ittifaq dövlətinə daxil olmaq, ya da prinsip yaratmaqla Türkiyənin təsir dairəsinə düşmək”
Son günlər qonşu Gürcüstanın işğal altındakı ərazisi – separatçı Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı qərarın verilməsi ətrafında informasiyalar yayılmaqdadır. SİA xəbər verir ki, artıq aprelin 10-da separatçı qurumda keçiriləcək qondarma prezident seçkilərinin ardınca saxta referendumun keçirilməsi planlaşdırılır və bu haqda müxtəlif KİV-lərdə məlumatlar mövcuddur.Artıq Gürcüstanda sözügedən məsələ ilə bağlı siqnallar verilməkdədir və Sxinvalinin (Cənubi Odetiyanın paytaxtı) Rusiyanın protektoratı altına keçməsi ehtimalı ətrafında tanınmış gürcü ictimai-siyasi xadimi, “Antipropoqanda” ictimai hərəkatının lideri Levan Pesvianidze maraqlı fikirlərini bildirib.“Bu məsələ Sxinvalidə deyil, hərdən Gürcüstanı qorxutmaq qərarını verən Moskvada həll olunur. Qoy qorxutsunlar – Sxinvali regionunun istənilən statusu Gürcüstan üçün faktiki heç nə dəyişmir, belə ki, ora istənilən halda bizim üçün işğal olunmuş hesab edilir”, deyən gürcü ictimai-siyasi xadiminə görə, beynəlxalq ictimaiyyət də bu birləşməni heç vaxt tanımayacaq. SİTAT: “Əgər məsələnin daxili aspektlərindən danışsaq bu zaman həmin ərazinin Rusiyaya birləşməsi mümkünlüyü Gürcüstan müxalifəti üçün böyük hədiyyə olacaq. Bu müxalifət artıq dəfələrlə bəyan edir ki, hakimiyyətin “Kremli qıcıqlandırmamaq” siyasəti nəticəsiz qalıb”.
Buradakı əsas məqsəd Krımın Qara dəniz regionuna nəzarət etməsi kimi, Zaqafqaziyanın da üzərində hərbi nəzarəti əldə etməkdən ibarətdir
Sxinvali regionunun Rusiyaya birləşdirilməsinin Kremlin hansı maraqlarına xidmət etməsi barədə də münasibətini bildirən Levan Pesvianidzeyə görə, buradakı əsas məqsəd Krımın Qara dəniz regionuna nəzarət etməsi kimi, Zaqafqaziyanın da üzərində hərbi nəzarəti əldə etməkdən ibarətdir. O, proqnozlarını daha konkret ifadə edib. SİTAT: “İstənilən anda və qısa müddətdə Azərbaycanla Türkiyə arasındakı tranziti kəsmək, Ermənistana dəhliz açmaq, Tbilisini/Gürcüstanı götürmək”.Gürcüstanlı hərəkat lideri əlavə edib ki, bunun üçün təkcə Zaqafqaziyanın xəritəsinə baxmaq kifayət edir – bu ərazi Qafqazın cənub dağ silsiləsidir – Rusiya ilə təbii sərhədə malikdir.
Gürcü hərəkat lideri Rusiyanın perspektivində Rusiya-İran nəqliyyat dəhlizini yaratmaq marağının olduğunu bildirib və həmin dəhlizin Türkiyə-Azərbaycan-Orta Asiya nəqliyyat yolunu kəsib-keçəcəyini iddia edib
“Yaxın vaxtlarda hərbi bazaların inşasını və ordu birləşmələrinin tez bir vəziyyətdə mövqelərə yerləşməsi imkanlarının artırılmasını, təhlükəsizliyini təmin edilməsini, “qalanın” yaradılmasını gözləmək olar”, deyən Levan Pesvianidze onu da qeyd edib ki, Rusiya partnyor qonşularına təsir mexanizmi kimi müxtəlif vasitələrdən istifadə edir – tanınmayan respublikaların tanınması, yaxud Rusiyanın nüvə ölkəsi olduğunu xatırlatması.Gürcü hərəkat lideri Rusiyanın perspektivində Rusiya-İran nəqliyyat dəhlizini yaratmaq marağının olduğunu bildirib və həmin dəhlizin Türkiyə-Azərbaycan-Orta Asiya nəqliyyat yolunu kəsib-keçəcəyini iddia edib.
“İşin bir tərəfi axını tanınmayan respublikadan keçirməkdən, digər tərəfi isə Rusiyanın ərazisinə salmaqda ibarətdir”, deyə Pesvianidze bildirib. SİTAT: “Geosiyasi planda əgər birləşmə baş tutacaqsa onda bu, Rusiyanın özünün təsir dairəsində xarici dünyanın fikirlərini, maraqlarını inkar etmək məqsədini sübuta yetirəcək. Mental planda bu presedent olacaq – rusların kompakt yaşamadıqları və tarixi ərazisi olmadığı ərazi hər kəsə siqnal verəcək ki, biz nəyi özümüzünkü hesab ediriksə əhalinin etnik tərkibindən asılı olmayaraq onu götürəcəyik və sərhədlərin dəyişilməsinə əhəmiyyət verməyəcəyik”.
Diqqət çəkən məqam osetinlərin Şimali Qafqazın yeganə pravoslav xalqı olması və birləşdirilməsidir
Gürcü hərəkat lideri bildirib ki, burada diqqət çəkən məqam osetinlərin Şimali Qafqazın yeganə pravoslav xalqı olması və birləşdirilməsidir.“Təbii ki, bunun ardınca seçim qarşısında qalan Gürcüstanın neqativ reaksiyası olacaq: neytrallığın saxlanılması ilə münasibətlərin normallaşmasına doğru tədricən irəliləmək, Rusiyanın təsir dairəsinə və ittifaq dövlətinə daxil olmaq, ya da prinsip yaratmaqla Türkiyənin təsir dairəsinə düşmək”, deyə Levan Pesvianidze Cənubi Osetiyanın Rusiyaya birləşməsi ərəfəsində öz ehtimallarını ifadə edib.
Rövşən RƏSULOV