PDF Oxu

Siyasət

  • 2 648

Sülh sazişinin bağlanması üçün ciddi addımlar atılacaq - DEPUTAT AÇIQLADI

Sülh sazişinin bağlanması üçün ciddi addımlar atılacaq - DEPUTAT AÇIQLADI

"Bu gün Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş baş tutacaq. Görüşə Avropa İttifaqı Prezidenti moderatorluq edəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.


Onun sözlərinə görə, təsadüfi deyil ki, görüş ərəfəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi hər iki rəhbərlə əlaqə saxlayıb: “Avropa İttifaqının moderatorluğu ATƏT-in dəyərsiz hala düşdüyünü göstərir. Ermənistan tərəfi Azərbaycanın 5 bənddən ibarət təklifini formal olaraq qəbul edib. Buna baxmayaraq, Ermənistanda mitinqlər keçirilir, etirazlar günü-gündən artır.

Avropa İttifaq ilə Azərbaycanın faydalı əməkdaşlığı var. Dünyada tendensiya baş verir. ABŞ Dağlıq Qarabağa yardım etməkdən imtina edib. Həmçinin, Ermənistana da öz yardımını azaldıb. Bu tendensiyalar sadəcə Azərbaycanın lehinədir. Ermənistan müstəqil dövlət olmadığı üçün ona ciddi təsirlər var. Hesab edirəm ki, yenə də İşçi Qrupu yaradıla bilər.

Avropa İttifaqı və Amerika kimi güclü dövlətin ciddi rolu olmasını nəzərə alsaq, hər halda bu görüş nəticəsiz olmayacaq. Azərbaycanın təklifləri qəbul olunaraq sülh sazişinin bağlanması üçün ciddi addımlar atılacaq".

Digər xəbərlər