PDF Oxu

Siyasət

  • 3 128

Ermənistan rəhbərliyi güzəştə getməyə qorxur - PARTİYA SƏDRİ AÇIQLADI

Ermənistan rəhbərliyi güzəştə getməyə qorxur - PARTİYA SƏDRİ AÇIQLADI

“Ermənistan müxalifəti bu gün keçiriləcək Brüssel görüşündə veriləcək qərarlardan narahat olaraq qabaqlayıcı tədbir kimi İrəvanda mitinqlər keçirdirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti də, Ermənistan ictimaiyyətinin böyük əksəriyyəti də başa düşür ki, danışıqlar Ermənistanın istəyinə uyğun nəticə verə bilməz: “Ən yaxşı halda da Ermənistan ciddi güzəştlərə getməlidir. Bunu müxalifət də çox yaxşı başa düşür. Paşinyan üçün reallaşdırılması mümkün olmayan tələb qoyulur ki, Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Onlar çox yaxşı başa düşürlər ki, buna nail olmaq qeyri-mümkündür. Hesab edirəm ki, görüşdə Qarabağ məsələsinin gündəlikdən çıxarılması və sülh sazişinin imzalanması istiqamətində Avropa İttifaqı daha da aktivləşmək istiqamətindədir. Bu müsbət danışıqlarla nəticələnə bilər. Ermənistan rəhbərliyi güzəştə getməyə qorxur. Ancaq Ermənistanın başqa yolu yoxdur. Düşünürəm ki, nəticə Azərbaycanın qələbəsi ilə bitəcək”.

Digər xəbərlər