PDF Oxu

Siyasət

  • 7 649

SÖZÜ İMZASI QƏDƏR KEÇƏRLİ OLAN LİDER ŞƏRH

SÖZÜ İMZASI QƏDƏR KEÇƏRLİ OLAN LİDER ŞƏRH

4 il öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq 86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, 4 il öncə də yenidən doğru, müdrik seçim etmişdir. Azərbaycanın bugünkü inkişafı və Vətən müharibəsində qazanılan Zəfər də Prezident İlham Əliyevin rəhbərliyi və fəaliyyəti altında baş tutmuşdur. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.Prezident İlham Əliyevin aprelin 11-də keçirilən seçkilərin nəticələri açıqlandıqdan sonra xalqımıza sanki bu günümüzə hesablanmış müraciəti olmuşdur: “Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir.”4 il geriyə dönüb baxdığımız zaman bu kəlamın sanki möhürlənmiş və imzalanmış bir sənəd olmamasına inanmaq çox çətindir. Bu kəlam sırf qarşıya qoyulan məqsədə nail olmanın təcəssümüdür. Çoxları üçün bir röya olsa da, lakin bu gün Liderinə inan xalqımız üçün bir reallıqdır. Və bu reallığı fəxr hissi ilə deyə bilərik ki, əvəzolunmaz liderə çevrilən İlham Əliyev cənabları yaratdı. Və bu reallıqla, Ermənistan və onu dəstəkləyən bütün dövlətlər də barışmışlar.Prezident İlham Əliyev cıxışlarının birində demişdir: “Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq.” Artıq Azərbaycan bölgəmizdə və dünyada daha bir reallıq yaradaraq, böyük güclərin Azərbaycanla hesablaşmalı olduğu güclü dövlət modelini ortaya qoyub. Dövlət başcısının «Azərbaycan tarixində bu qədər güclü olmamışdır» ifadəsi sözün əsl mənasında reallığa çevrilmişdir. Azərbaycan bölgənin iki supergücü ilə NATO üzvü qardaş Türkiyə və Rusiya ilə mütəffiqlik haqqında saziş imzalamış və ən önəmlisi odur ki, bu sazişlərlə bağlı təklif qarşı dövlətlər tərəfindən gəlmişdir. Dünyada gedən faktiki proseslər Azərbaycan mövqeyini və gücünü günü-gündən artırmaqdadır.Son olaraq da, möhtərəm cənab Prezidentin İlham Əliyevin sözügedən çıxışdakı nitqində: “Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!” vədi xalqımızın bu 4 ildə damarlarında axan qanına işləmiş və bu gün də biz bu qələbələrin sevincini yaşayırıq. İnanırıq ki, İlham Əliyev cənablarının rəhbərliyi altında daim qələbədən-qələbəyə addımlayıq və bu tariximizin bu şərəfli anlarını birgə yaşayacağıq.

Abbas Pənahov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər