12 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirəni giriş nitqi ilə başlayan ölkə başçısı bu ilin ilk üç ayında görülən işlərin təhlilindən və ilin sonuna qədər olan planlardan danışılacağını bildirib. Qeyd edilib ki, bu ilin ilk üç ayında ölkəmiz bütün sahələrdə uğurlu inkişaf əldə edib. Müşavirənin gedişatında beynəlxalq təşkilatlarla, qonşu dövlətlərlə münasibətlərə, ordu quruculuğuna, Qarabağ və Zəngəzur bölgəsində həyata keçirilən yenudənqurmalara, şəhid ailələri və müharibə əlilləri üçün dövlətin qayğısına, xarici ticarət dövriyəsinə, daxili iqtisadi məsələlərə toxunulmuşdu. Preziden İlham Əliyev qeyd edib ki, biz bu ilin ilk rübündə əldə etdiyimiz uğurları keçən il qazandığımız uğurların davamı kimi dəyərləndirməliyik. Keçən il müharibədən sonra ilk il oldu. Müharibədən sonra bizim qarşıda qoyduğumuz məqsəd işğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin həyata keçirilməsi oldu ki, bu sahədə gördüyümüz işlər göz qabağındadır. Postmünaqişə dövrünün birinci ilinin nəticələrinin təhlili göstərir ki, biz qarşıya qoyduğumuz vəzifələri yerinə yetirmişik deyə ölkə başçısı bildirdi.
BMT, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq təşkilatı, ATƏT, Avropa İttifaqı kimi beeynəlxalq təşkilatların müharibədən sonra Azərbaycanla olan münasibətləri intensiv xarakter almışdı. Azərbaycanın BMT-nin üzvlüyünün 30 illiyinə həsr olunmuş Şuşada keçirilən tədbir çox əlamətdar hadisə olmuşdu. BMT-yə üzv qəbul olunduqdan sonra Ermənistan tərəfindən təcavüzə məruz qaldığımız dövrdə Təhlükəsizlik Şurası tərəfdən qətnmələr qəbul olunmuşdu. Təəssüflər olsun ki, bu qərarlar 30 ilə yaxın bir dövrdə sadəcə kağız üzərində qalmışdı. Ancaq son olaraq keçirilən tədbirin əhəmiyyəti o oldu ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir qurum olduğunu göstərdi.BMT-dən sonra uğurlu fəaliyyətimizin olduğu nüfuzlu təsisatlardan biri də Qoşulmama Hərəkatıdır. 2011-ci ildən üzv olduğumuz Qoşulmama Hərəkatına hal-hazırda Azərbaycan sədrlik edir. Bizə göstərilən etimadın təzahürü olaraq bu sədrlik bir il daha uzadıldı. Ümumiyyətlə Qoşulmama Hərakatı istər müharibədən əvvəl, istərsə müharibə dövründə, istərsə də müharibədən sonra Azərbaycanla həmrəy olduğunnu bildirmişdi.İslam Əməkdaşlıq təşkilatı müharibə dövründə Azərbaycanın mövqeyini dəstəkləyən, Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına qarşı qətnamələr qəbul etmişdi. Təşkilatın rəhbərliyi həmçinin işğaldan azad olunmuş ərazilərə səfərlər etmişlər.Avropa İttifaqı da postmünaqişə dövründə Azərbaycan reallıqlarını qəbul etmişdi. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələ müzakirə edir. Azərbaycan isə münasibətləri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdi. Ermənistan tərəfi isə bu təklifə müsbət münasibət bildirmiş, Brüssel görüşünə qədər açıqlamalar verilmişdi. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasəndan əl çəkir. Beləliklə müharibədən sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, böyük dövlətlərlə əlaqələrimiz, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr bu reallıqlara gətirib çıxarır.İkinci Qarabağ müharibənin hər günündə ordumuzun apardığı döyüş yolu dərindən təhlil edilmiş və aparılan bu təhllilər əsasında ordu quruculuğu sahəsində daha effektiv islahatların keçirilməsi zəruri olmuşdu. Müdafiə Nazirliyi daxilində islahatlar keçirilmiş, yeni silahlar, texnikalar hesabına ordumuz bundan sonra daha da güclənəcək və müasirləşəcək. Xüsusi Təyinatlı qüvvələrin sayı artırıldı, ordu quruculuğu sahəsinə nə qədər vəsait lazımdırsa ayrılacaq.Postmünaqişə dövründə biz iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlar atmşıq və uğurlu nəticələr əldə etmişik. Beynalxalq ictimaiyyət də bu reallıqları qəbul edib və bizim ölkəmizə maraq və hörmət artıb. Hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm də İkinci Qarabağ müharibəsində qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkədir ki, bu qədər marağı özünə cəlb edə bilir.Xarici ticarət dövriyəmiz 60 faizdən çox artıb, xarici dövlət borcumuz azalıb. Əlbəttə burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb. Əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizin təşkil edirdi, hazırda cəmi 12, 5 faizini təşkil edir. İqtisadi göstəricilərimiz çox müsbətdir. Birinci rübdə ümumdaxili məhsul 6, 8 faiz artıb. Qeyri-neft sektorunda isə bu daha yüksək rəqəmlərlə ölçülür.Biz bu gün bu nəaliyyətləri öz gücümüzə qazanmışıq. Heç kimdən dəstək almamışıq. Azad edilmiş torpqları da öz gücümüzə bərpa edirik. Ancaq öz gücümüzə, öz istedadımıza güvənirik. Müharibədən təxmini bir il yarım keçibdir. Minaların təmizlənməsi ilə bağlı müharibədən sonra 200-dən çox insan həlak olub, və ya yaralınıb. Dünyada bu məsələ ilə məşğul olan fondlar var. Biz nə lazımdırsa almışıq, maşın , texnika almışıq. Ancaq bizdə mütəxəssis çatışmır. Ona görə heç olmasa bu sahədə bizə köməklik göstərsinlər. Biz onsuz da öz gücümüzə hər şeyi bərpa edəcəyik. Mən demişəm Qarabağı da , Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa Azərbaycana da diqqət yetirsinlər və ikilistandartlardan kənar olsunlar.Bu ilin üç ayında əldə edilmiş iqtisadi nəaliyyətlər ilin sonuna qədər davam edəcək. Biz bu ili uğurla başa vuracağıq deyə dövlət başçısı vurğuladı.Prezident İlham Əliyev yekun nitqində isə Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı planlarından danışıb. Orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Birinci şəhərlərin baş planları hazırlanıb. Hazırda Ağdam və Füzuli şəhərlərinin baş planlanlaatı hazırlanıb və təsdiqlənib, işlərə start verilib. Daha sonra Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalı, təsdiq edilməli, ondan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il 4 Su Elektrik Stansiyası inşa edilmişdi. Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik Stansiyalarının potensialı həddən artıq böyükdür. Bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. Eyni zamanda Zəngilandan İran üzərindən Naxçıvana və oradan Türkiyəyə elektrik xətlərinin çəkilişi qarşıda duran məsələlərdəndir.Eyni zamanda avtomobil körpülərinin və dəmir yolu körpülərinin inşası da nəzərdə tutulub. Nəqliyyat infrastrukturu ilə bağlı digər məsələ Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Laçın Beynəlxalq Hava limanının inşasını 2024-cü ilə planlaşdırırıq. Tarixi abidələrin bərpası istiqamətində işlər gedir. Şuşanın tarixi siması bərba edilir. Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək.Keçmiş məcburi köçkünləri qaytarmaq üçün müntəzəm tədbirlər görülür. Yaşayış binaları, iş yerləri, kənd təsərüfatı, bu sahədə planlı işlər görülür. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına məlumat veriləcək deyə Preziden İlham Əliyev yekun nitqində vurğuladı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə12 aprel 2022-ci ildə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, İHA xəbər agentliyi Prezident İlham Əliyevin müşavirədəki çıxışından geniş hissələri videomaterial olaraq yayımlayıb.
Gülmirə Hüseynova
Xəzər rayonu, 230 № tam orta məktəbin müəllimi