PDF Oxu

Siyasət

  • 3 058

Aydın Hüseynov: “Ölkəmizin iqtisadi imkanlarının daha da artacağı real proqnozlardır” RƏY+AKTUAL

Aydın Hüseynov: “Ölkəmizin iqtisadi imkanlarının daha da artacağı real proqnozlardır” RƏY+AKTUAL

“Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən 12 aprel müşavirəsinin diqqət çəkən məqamlardan biri də Azərbaycanın yaxın gələcəkdə daha nəhəng iqtisadi potensiallar əldə edilməsi ətrafında irəli sürülən sürülən fikirlər oldu. Bu xüsusdan çıxış edərək qeyd edə bilərik ki, hazırda qarşıda dayanan mühüm proseslərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır”.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı açıqlamasında bildirib. Deputat qeyd edib ki, regional kommunikasiyaların açılması barədə istər 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda, istərsə də 11 yanvar üçtərəfli bəyanatda da əks olunub. Lakin ötən müddət ərzində Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və bu amilə toxunan dövlət başçısı bildirib ki, əgər, üçtərəfli razılaşmanın tələbləri bundan sonra da pozulacaqsa, bu zaman Azərbaycan tərəfi öz maraqlarının təmin olunması istiqamətində daha qəti addımlar ata bilər və bununla da Ermənistanın etibarsızlığı daha çox ifşa olunacaq: “Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın Ermənistan tərəfindən icra edilmədiyini irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Və belə olan halda, heç bir beynəlxalq təşkilat və qurumlar rəsmi Bakının qərarlarına qarşı çıxış edə bilməz. Çünki ortada rəsmi bəyanatlar, imzalar mövcuddur. Hesab edirəm ki, cənab Prezidentin qəti fikirləri Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər”.“Digər tərəfdən, o da məlum oldu ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 3 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir”, deyə qeyd edən deputata görə, ümumi daxili məhsulda 6,8 faiz artım olub və bu da, sözsüz ki, ötən ilin uğurlarının davamıdır: “Aydın görünür ki, həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Eyni zamanda, ölkəmiz bütün göstəricilərinə görə, pandemiya şəraitindən qalib çıxan azsaylı ölkələrdəndir. Təbii ki, bu bütövlükdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirdi. O cümlədən, son 3 ayda qeyri-neft iqtisadiyyatımız da böyüyüb. Belə ki, bu sektorda 10 faizdən çox artım olub. Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir. “Dövlətimizin başçısı Azərbaycanın regiona gətirdiyi reallıqlara da toxunub. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Ümumiyyətlə, İqtisadi inkişaf bu templə davam edərsə, ilin sonuna qədər rəqəmlər daha yüksək olar və ölkəmizin iqtisadi imkanları daha da artacaq və bütün bunlar əlbəttə ki, real proqnozlardır. Nəticədə biz 12 aprel müşavirəsinin ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldığını kifayət qədər əks etdirdi”.

Müəllif: Rövşən

Digər xəbərlər