PDF Oxu

Siyasət

  • 3 189

Postmüharibə dövrünün reallıqları beynəlxalq miqyasda qəbul edilir - ŞƏRH

Postmüharibə dövrünün reallıqları beynəlxalq miqyasda qəbul edilir - ŞƏRH

Azərbaycanın iqtisadiyyatı inkişaf edir, azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlənir.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə postmünaqişə dövrünün reallıqları fonunda ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, eyni zamanda, qarşıdakı dövr üçün hədəfləri müəyyən etdi.

Cari ilin birinci rübünün yekunları ümumilikdə 2022-ci ilin uğurla başa vurulacağını göstərir. Azərbaycanın ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərə nəzər salaq. Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə şaxələndirilmiş iqtisadi siyasət nəticəsində, iqtisadiyyatın neft-qaz sektorundan asılılığın azaldılmasını göstərir. Hesabat dövründə xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb, ixrac təxminən iki dəfə yüksəlib və qeyri-neft ixracı kifayət qədər yüksək göstəriciyə – 45 faizə çatıb. 2021-ci ildə xarici ticarət dövriyyəsi təxminən 35,6 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 12,1 milyard ABŞ dollarını ötüb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz real ifadədə 5 faiz artıb. Bütün bunlar məhz aparılan islahatların məntiqi nəticəsidir.

2003-cü ildən iqtisadi artımın qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın artmasının bariz nümunəsidir.

Azərbaycan bu müddətdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmiş və dünyanın aparıcı qurumları İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionumuzda yaratdığı yeni reallıqlarla barışıblar. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyan ən nüfuzlu beynəlxalq qurumdur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Lakin, bu sənədlər 30 ilə yaxın dövrdə kağız üzərində qaımışdı. Dünya gücləri məsələnin sülh yolu ilə həllinin mümkünlüyünü bildirərək ikili standartlara əsaslanan siyasətləri, 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Reallıq budur ki, BMT o zaman da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, bu gün də Zəfərimizin yaratdığı reallıqları qəbul edərək ölkəmizin bu aparıcı beynəlxalq təşkilata üzv qəbul edilməsinin 30 illiyini Şuşada qeyd etdi.

Hazırda günümüzün əsas məsələsi işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də geniş miqyas aparılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər ərazilərin minalardan təmizlənməsi, nəqliyyat infrastrukturunun yenilənməsi, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıtmaları üçün kompleks tədbirlər həyata keçirilir.

Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin reallaşmasının şahidi olan xalqımız, Dövlətimizin başçısı İlham Əliyev rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir.

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər