PDF Oxu

Siyasət

  • 2 433

Qarabağ münaqişəsinin həlli BMT-nin üzərindən bu yükü götürmüş oldu

Qarabağ münaqişəsinin həlli BMT-nin üzərindən bu yükü götürmüş oldu

Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Beləliklə, uzun dövr ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin reallaşdırmaq istədiyi niyyət həyata keçmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu.

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun olaraq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeydşərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Vətən müharibəsi getdiyi günlərdə Azərbaycana güclü təhdidlər, təzyiqlər oldu. Ancaq bunlar ölkəmizi haqq yolundan döndərə bilmədi. Çünki dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan haqq savaşı aparırdı, ədalət uğrunda, ərazimizin bütövlüyü uğrunda döyüşürdü. Döyüş meydanında, diplomatiya sahəsində qazanılan qələbə isə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu bir daha təsdiqlədi. Biz kağız üzərində qalmış BMT qərarlarını öz gücümüzə həll etdik.

Bu müharibə Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayiş etdirdi. Qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti oldu. Bu, Azərbaycana qarşı başlanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zamanı evlərini tərk etməmələrində özünü göstərdi.

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Məhz bunun nəticəsi idi ki, müharibənin gedişində Silahlı Qüvvələrimiz möhtəşəm uğurlara imza atdı, döyüş meydanında öz üstünlüyünü dəfələrlə sübut etdi. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunan torpaqlarda yaratdığı müdafiə xətlərini, mühəndis qurğularını şücaətlə dağıtdı, komanda məntəqələrini, çox sayda hərbi texnikasını, canlı qüvvəsini məhv etdi. Bu, Silahlı Qüvvələrimizin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsinin əbəs deyilmədiyini təsdiqlədi.

Azərbaycan döyüş əməliyyatları zamanı erməni işğalçılarından fərqli olaraq, haqqa, ədalətə söykəndi, beynəlxalq konvensiyalara əsaslandı. Ermənistan isə uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsində yerləşməyən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutdu. Lakin buna baxmayaraq, Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini hədəfə aldı, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırdı. Biz çox xeyirxah xalqıq. Bu gün Ermənistanda baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Esmira Hüseynzadə

Yeni Azərbaycan Partiyasının fəalı, Xəzər rayonu 326 nömrəli tam orta məktəbin tarix müəllimi

Digər xəbərlər