PDF Oxu

Siyasət

  • 2 699

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçiriləcəyi qərarı qürur döğurucudur – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçiriləcəyi qərarı qürur döğurucudur – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Şuşa şəhəri həmişə Azərbaycan xalqının qürur mənbəyi, qəhrəmanlıq simvolu olub və bu gün də belədir. Düşmən üzərində tarixi qələbə bir daha göstərdi ki, Şuşa heç vaxt düşmən tapdağı altında qala bilməz, müəyyən müddətə alınsa da, müəyyən illər ağrılı-açılı günlər keçirsə də ancaq heç vaxt öz qürurunu sındırmaz, düşmənə tabe olmaz.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, bu gün Şuşada gedən möhtəşəm bərpa işləri, “Xarıbülbül” festivalının keçirilməsi, rəsm qalereyasının təşkili, tikinti-abadlıq işləri hər bir kəsdə qürur hissi doğurur və Şuşanın gələcəyinə böyük inam yaradır.“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev fondunun layihələri əsasında Şuşada geniş miqyaslı abadlıq və quruculuq işlərinin görülməsi Şuşanın dünyanın ən mədəni şəhərlərindən birinə çevriləcəyinə zəmanət verir. Bu gün Şuşada yeni xəstəxana binasının tikintisi uğurla davam edir, Şuşada üç məscid əsaslı bərpa edilib, eyni zamanda yeni bir məscidin inşası yaxın aylarda başlanılacaq. Şuşaya su çəkilir, Şuşanın infrastrukturu tamamilə dəyişilir, yeni binalar inşa edilməkdə, yollar çəkilməkdədir. Cənab İlham Əliyev Şuşanı qürurumuz, fəxrimiz adlandırmaqla bildirir ki, Ermənistanın baş naziri məhz kapitulyasiya bəyanatına məhz Şuşa geri alınandan sonra imza atdı. Bu Şuşanın nə qədər əhəmiyyətə malik bir şəhər olduğunu bir daha sübut edir. Ölkə rəhbəri qeyd edir ki, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib. İndi şəhərin yaraları sağalır, ənənələri bərpa olunur, artıq Şuşa şöhrətini bərpa edir.Şuşaya səfərlər, bir çox tədbirlərin Şuşada keçirilməsi, eləcə də Cıdır düzündə bir çox tədbirlərə önəm verilməsi bu möhtəşəm şəhərin gündən-günə çiçəklənəcəyinə bir zəmanətdir. “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin, Milli Məclisin iclaslarının Şuşada keçirilməsi bir qürur doğurmaqla bərabər Şuşanın bizim olduğunu, Şuşanın Azərbaycan xalqına məxsus olduğunu göstərir. Bu günlərdə cənab Prezidentin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının, Zəfər Qurultayının Şuşada keçirilməsinin qərara alınması əlbəttə ki, həm xalqımız üçün, həm də dünya azərbaycanlıları üçün, türk dünyası üçün qürur döğurucu bir haldır. Bu Qurultayın Şuşada keçirilməsi bir daha göstərir ki, dünya azərbaycanllarının qəlbi bizim möhtəşəm Şuşamızla döyünür. Əlbəttə ki, bu sahədə diaspora təşkilatlarının, eləcə də dünya azərbaycanllarının təklifləri, arzuları önəmlidir və onlar Şuşaya gəlməklə bir daha sübut edəcəklər ki, onların qəlbi həmişə Şuşa ilə olub və bu gün də Şuşadadır. Şuşanın mədəniyyət paytaxtı kimi tanınması onu göstərir ki, bu şəhər dünya ölkələrinin diqqətini cəlb etməklə bərabər, həm də ora gələn turistlərin sayının birdən-birə çoxalmasına imkan verəcək və Şuşa dünyanın ən gözəl, ən yaraşıqlı, həm də ən mədəni bir şəhəri kimi tanınacaqdır. Altmış beş ölkədən dörd yüz nəfərə yaxın diaspor nümayəndəsinin Şuşaya gəlməsi sözsüz ki, onun şöhrətinə əlavə bir şöhrət gətirəcək. Bu bizim hər birimizi ürəkdən sevindirir, çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, həm də bizim qəlbimizin, arzumuzun, istəyimizin paytaxtıdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər