PDF Oxu

Siyasət

  • 3 082

Dünya azərbaycanlılarının ürəyi Şuşada döyünəcək - EKSPERT MÖVQE BİLDİRDİ

Dünya azərbaycanlılarının ürəyi Şuşada döyünəcək - EKSPERT MÖVQE BİLDİRDİ

"Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi hər birimiz üçün əvəzsiz sevinc və qürur hissi yaşadır. Çünki, tarixdə ilk dəfədir ki, bütün dünyada yaşayan diaspor nümayəndələri azad Qarabağda, azad Şuşada toplaşır". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.Onun sözlərinə görə, Şuşa daha bir möhtəşəm tarixi hadisəyə ev sahibliyi edir: "Bu hadisə həm də dünyaya bir mesajdır. Azərbaycan xalqı dünyaya Şuşadan birlik, haqq-ədalət, sülh mesajı verir - Biz güclü, qətiyyətli, eyni zamanda sülhsevər, humanist xalqıq. Möhtəşəm tarixi Qarabağ Zəfərimiz əbədi olaraq fəxr mənbəyimizdir.Əlbəttə ki, bütün sahələrdə əldə edilən qələbələrimizin müəllifi Müzəffər Ali Baş komandan İlham Əliyevdir. Prezident İlham Əliyevin birbaşa nəzarəti və qarşıya qoyduğu konkret vəzifələrin nəticəsi olaraq son illərdə Azərbaycan diasporu da çox böyük inkişaf yolu keçib. Dünyanın hər bir yerində güclü diasporumuz formalaşıb və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görülüb. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan diasporu güclüdür, ölkəmizin dövlət və milli maraqlarının xaricdə qorunmasında xüsusi rol oynayır. Biz 44 günlük Vətən Müharibəsi dövründə də bunun şahidi olduq. Xalqımız həm ölkə daxilində, həm də xaricdə bir yumruq kimi birləşdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfərinə, Qələbənin əldə edilməsinə öz töhvəsini verdi. Bu gün hər bir azərbaycanlı dünyanın istənilən yerində başıuca, alnıaçıq gəzir. Çünki, bizə artıq məğlub kimi baxmırlar, biz qalib xalqıq. Biz Azərbaycan xalqının qəhrəmanlığını, qətiyyətini bütün dünyaya göstərmişik. Növbəti günlərdə dünya azərbaycanlılarının ürəyi Şuşada döyünəcək, qürurumuz göylərə ucalacaq. Bu bənzəri olamayan sevinc hissidir.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər