Artıq Ukraynada müharibənin 56-cı gündür. Son məlumatlara görə, Rusiya tərəfi Ukraynanın Lvov şəhərinə zərbə endirməyə çalışıb. Məsələ ilə bağlı SİA olaraq Ukraynanın Lvov vilayəti üzrə diasporanın sədri Teymur Məmmədovun fikirlərini öyrəndik.
"Hələ də müharibə dayanmayıb. Minlərlə insan Mariupolda qalıb. Humanitar koridor yoxdur ki, həmin insanlar Mariupoldan çıxsınlar. Doneskt, Luqansk, Xarkov tərəfindən insanlar çıxmağa çalışırlar. Artıq Xarkovun yarısı yoxdur. Xarkov vəhşilərin, vandalların raket zərbələri nəticəsində darmadağın edilib. Dünən Lvova 9 raket zərbəsi endirilib. Onlardan 5-i göydə zərərsizləşdirilib. Hərbiçilər Dəmiryolu Vağzalını vurmaq istəyirdilər. Amma atılan raket vağzaldan 500 metrə uzağa düşüb. Rusiyanın 20 900 nəfər şəxsi heyəti, 815 ədəd tankı, 2087 zirehli hərbi texnikası darmadağın edilib. Bundan əlavə 391 artilleriya qurğusu, 165 puası zərərsizləşdirilib".
Arzu Qurbanzadə