PDF Oxu

Siyasət

  • 2 372

Sərhəddə vəziyyət yenidən gərginləşə bilər - DİQQƏT! - EKSPERT AÇIQLADI

Sərhəddə vəziyyət yenidən gərginləşə bilər - DİQQƏT! - EKSPERT AÇIQLADI

"Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi hazırda gündəmdədir". Bu fikirləri SİA-ya açqıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son Brüssel görüşündə bununla bağlı müəyyən razılıqlar əldə olunub: "Əlbəttə ki, bu razılıq əvvəli razılaşmalardan irəli gələn öhdəliklərlə bağlıdır. Zaman artıq Ermənistanı sıxır, Paşinyan öhdəliklərdən yayındıqca sərhəddə vəziyyət yenidən gərginləşə bilər, çünki Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşməmiş belə insidentlər qaçılmaz olur, zəif Ermənistana isə bu qarşıdurmalar sərf etmir. Qarşıda bir çox məsələlər aydınlaşmalıdır, həm sərhədlərin delimitasiyası, Qarabağda yaşayan ermənilərin gələcək taleyi və s. Paşinyan parlamentdəki son çıxışında iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından müəyyən ümidverici bəyənatlar verdi, Azərbaycanın ərazi bütövlüyünü və sülhə sadiqliyini bəyan etdi. Lakin bununla iş bitmir, real və əməli addımlar atılmalıdır. Brüssel görüşündən sonra Ermənistanda vəziyyət yenidən gərginləşdi.

Erməni diasporası və xaricdən idarə olunan müxalifət Paşinyanın sülh istiqamətində addımlar atmasının açıq aşkar qarşısını almaq istəyir. İndi Paşinyan üçün həlledici bir dövrdür, əgər Ermənistanın baş naziri Brüsseldə götürülən öhdəliklərin icrasına əməl olunmasına nail ola bilsə, bu Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərinin normallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, Ermənistandakı əvvəli hakimiyyətlərdən bunu gözləmək əbəs idi, lakin həm region ölkələri, həm də qərblə anlaşa bilən Paşinyan bu addımı ata bilsə, o Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxmasında rol oynaya bilər. İstənilən halda, Paşinyan nə erməni diasporunun, nə də digər xarici qüvvələrin marağından deyil, öz ölkəsinin maraqlarından çıxış etməlidir. Öz ölkəsinin maraqları isə onun qonşu dövlətlərlə anlaşmağa və sülh sazişini imzalamağı sövq edir".

Digər xəbərlər