PDF Oxu

Siyasət

  • 3 436

Bu gün Azərbaycan-Çin münasibətləri hansı səviyyədə inkişaf edir? - POLİTOLOQ AÇIQLADI

Bu gün Azərbaycan-Çin münasibətləri hansı səviyyədə inkişaf edir? - POLİTOLOQ AÇIQLADI

“Azərbaycan Çin dövləti ilə əməkdaşlıq etməkdə maraqlıdır. Çünki Çin qüdrətli dövlətdir və onun iqtisadi gücü olduqca genişdir”. Bu sözləri SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Çin mallarının Azərbaycan üzərindən Avropa bazarına daşınması bizim üçün önəmlidir: “Lakin Çin ilə münasibətlərdə bir qədər ehtiyalı olmaq lazımdır. Ona görə ki, Çin hansı ölkəyə yatırım qoyursa, həmin ölkələrdə müxtəlif sahələrə yiyələnir və qarşılığın görmədiyi zaman yatırım qoyduğu müəsissələri ələ keçirdir. Misal olaraq Çin Azərbaycanın Ələt limanına xüsusi maraq göstərir və özəlləşdirməsi üçün əlindən gələni etdi. Fikrimcə, biz doğru qərar verdik ona görə ki, bizim kifayət qədər maliyyə sistemimiz mövcuddur və Ələt limanı bizim tabeliyimizdə olmalıdır. Bu baxımdan biz Çinlə iqtisadi əməkdaşlığın genişlənməsində maraqlı olsaq da, Çin dövlətinin kreditlərinə ehtiyacımız yoxdur. Çin dövlətinin Ermənistanla əməkdaşlıqları bugünkü gün bizdə sual doğurur. Çünki Ermənistanın heç bir resusu olmadan Çin dövləti onlara maraq göstərir. Həmçinin Ermənistan Çindən bir çox istiqamətdə yardımlar alır”.

Digər xəbərlər