PDF Oxu

Siyasət

  • 2 994

Türkiyənin ermənilərə qarşı soyqırım törətməsi iddiaları yalandır - SABİQ SƏFRİ AÇIQLADI

Türkiyənin ermənilərə qarşı soyqırım törətməsi iddiaları yalandır - SABİQ SƏFRİ AÇIQLADI

"1915-ci ildə Türkiyənin ermənilərə qarşı soyqırım törətməsi iddiaları yalan təbliğatdır". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.Onun sözlərinə görə, 1915-ci ildə türklərin ermənilərə qarşı hər hansı bir soyqırım aktı həyata keçirməsi qeyri-mümkündür: "Bəzi parlamentlər, siyasətçilər 1915-ci il hadisələrini bilmirlər. Amma siyasət elə bir şeydir ki, pulla qarşı tərəfin yalan təbliğatını apara bilərsən. Türkiyə bu cür yalan iddiaların bəzi ölkələrin parlamentində qəbul edilməsini heç bir şəkildə qəbul etmir. Əgər, soyqırım hadisəsi axtarırlarsa, Xocalıya, Bosnaya və digər soyqırımlara baxsınlar. Balkanlardan, Krımdan məcburi şəkildə köçürülən türklərə qarşı edilən soyqırımlara baxsınlar. Azərbaycan ilə Türkiyə bu məsələdə birlikdə hərəkət edir.15 iyun 2021-ci il tarixli Şuşa bəyannaməsində Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixi reallıqların, tarixin təhrif olunması cəhdlərinin bölgədə sülhə zərər verdiyi vurğulanır. Həmçinin Azərbaycan 1915-ci il hadisələri ilə bağlı Ermənistandakı arxivlərin açılmasını və məsələnin tarixçilər tərəfindən araşdırılmasını dəstəkləyir. Biz Türkiyə dövləti olaraq arxivlərimizi açmağa hazırıq. Amma onlar qorxurlar. Çünki qaldırdıqları iddiaların hamısı yalandır. Bu baxımdan Türkiyə ilə Azərbaycan Şuşa bəyannaməsində olduğu kimi güclərini bilrləşdirəcək. İki qardaş ölkənin gücü ilə bu iddialar mənasız qalacaq".

Arzu Qurbanzadə

Digər xəbərlər